Pleyeri seçin:

Hindistanda dini ayin niyə faciə ilə bitdi? - Ölənlərin sayı artdı

03 iyul 2024 283 baxış

Hindistanın Uttar Pradeş ştatında dini ibadətgahda ayin zamanı baş verən izdihamda ölənlərin sayı 121-ə çatıb.

Bu barədə ştatın rəsmi qurumları açıqlama yayıb. Ölü sayının artacağı istisna edilmir. Çünki xəsarət alanlar arasında ağır vəziyyətdə olanlar da var.

Qeyd edək ki, hadisə iyulun 2-də Muğal Qarhi kəndində baş verib. Təxminən 50 minə yaxın adamın iştirak etdiyi dini ayin zamanı yaranmış sıxlıqda ölənlərin çoxu qadınlardır. Bundan başqa, ölənlər arasında uşaqlar da var. Hadisə baş verən vaxt havanın isti olması ölüm hallarının çoxalması ilə nəticələnib.

Bu arada, Azərbaycanın Hindistandakı səfirliyi rəsmi Dehliyə başsağlığı verib. Bu barədə diplomatik missiyanın sosial şəbəkə hesabında qeyd olunub. “Azərbaycanın Hindistandakı səfirliyi Hathrasda çoxlu sayda insanın faciəvi şəkildə həlak olmasından dərin kədər hissi keçirir. Biz Hindistan hökumətinə və xalqına, həlak olanların ailələrinə dərin hüznlə başsağlığı verir və yaralananların tezliklə sağalmasını arzulayırıq”, – deyə məlumatda bildirilib.

“Livanla bağlı danışıqlar İrandan ayrı aparılacaq” | Rubio

“Livanla bağlı danışıqlar İrandan ayrı aparılacaq” | Rubio

Dünya
24 iyun 2026 283 baxış
İsveçdə zəhər əleyhinə dərman vasitələrinin çatışmazlığı yaşanır

İsveçdə zəhər əleyhinə dərman vasitələrinin çatışmazlığı yaşanır

Dünya
24 iyun 2026 283 baxış
Qırğızıstan və Özbəkistan arasında torpaq mübadiləsi həyata keçirildi

Qırğızıstan və Özbəkistan arasında torpaq mübadiləsi həyata keçirildi

Dünya
24 iyun 2026 283 baxış
Ölkə plastik cərrahiyyənin qlobal mərkəzinə çevrilir

Ölkə plastik cərrahiyyənin qlobal mərkəzinə çevrilir

Dünya
24 iyun 2026 283 baxış
“Livan ərazisindən qoşunlarını çıxarmağa başlamalıdır” | Makron

“Livan ərazisindən qoşunlarını çıxarmağa başlamalıdır” | Makron

Dünya
24 iyun 2026 283 baxış
Temperaturu 4 dərəcədən çox aşağı salmaq qabiliyyətinə malikdir

Temperaturu 4 dərəcədən çox aşağı salmaq qabiliyyətinə malikdir

Dünya
24 iyun 2026 283 baxış
Ukrayna Prezidentindən Rusiya barədə təcili çağırış - Baku TV CANLI

Ukrayna Prezidentindən Rusiya barədə təcili çağırış - Baku TV CANLI

Dünya
24 iyun 2026 283 baxış
ABŞ və İsrailin birlikdə yaratdığı plan dağılır? - 24 SAAT

ABŞ və İsrailin birlikdə yaratdığı plan dağılır? - 24 SAAT

Dünya
24 iyun 2026 283 baxış
İslam Respublikası "İbrahim sazişləri"ni parçalayır? - Baku TV

İslam Respublikası "İbrahim sazişləri"ni parçalayır? - Baku TV

Dünya
24 iyun 2026 283 baxış
Tehran üçün maliyyə qapıları açılır? | Bölgədə balans dəyişir - Baku TV

Tehran üçün maliyyə qapıları açılır? | Bölgədə balans dəyişir - Baku TV

Dünya
24 iyun 2026 283 baxış
Seçilmişlər
icon