Pleyeri seçin:
Hörmüzdə gəmilərin hərəkətinə nəzarət daha da sərtləşib
ABŞ Hərbi Dəniz Qüvvələri İrana qarşı dəniz blokadasını bərpa etdiyi vaxtdan etibarən bu ölkə ilə əlaqəli İran limanlarına gedən və ya oradan çıxan 86 ticarət gəmisini saxlayıb.
Bu barədə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) "X" sosial şəbəkəsində məlumat yayıb.
"ABŞ Hərbi Dəniz Qüvvələri İranın blokadası ilə bağlı tələbləri ciddi şəkildə yerinə yetirməyə davam edir. Sentyabrın 2-nə olan məlumata görə, ABŞ qüvvələri blokadanın icrasını təmin etmək məqsədilə 86 kommersiya gəmisinin istiqamətini dəyişib, 3 gəmini sıradan çıxarıb və daha 2 gəmidə yoxlama aparıb", – deyə məlumatda bildirilib.
Qeyd edək ki, ABŞ İranın dəniz blokadasını iyulun 14-də bərpa edib.
Kopyalandı
#Hörmüz boğazı teqi istifadə olunub
- SEPAH-dan kritik bəyanat | ABŞ-nin regional bazaları da hədəf olacaq? - Baku TV CANLI
- Məsud Pezeşkian Sergey Lavrovla görüşdə ABŞ siyasətini sərt tənqid etdi
- SEPAH xəbərdarlıq etdi: Hörmüzdə kabellər kəsilərsə, nə baş verəcək? - Baku TV CANLI
- Qlobal ərzaq təhdidi qarşısında Azərbaycanın güclü və zəif tərəfləri hansılardır? - Baku TV
- Hörmüzün açılması nəyin qarşılığında olacaq? - Baku TV CANLI
