Hotelin müdiri yanğında niyə xəlvət aradan çıxdı? | Kartalkaya faciəsi barədə qalmaqal
Yeniliklərdən dərhal xəbərdar olun
Türkiyənin Bolu vilayətində "Kartalkaya" xizək kurortunda yerləşən "Grand Kartal" hoteldəki yanğından yeni görüntülər yayılıb.
Videoda hotel müdiri Emir Arasın yanğın başlayandan 18 dəqiqə sonra əşyalarını yığaraq qaldığı otaqdan çıxdığı əks olunub. O, həyat yoldaşı Elif Aras və uşağını da götürüb qaçıb.
Qeyd edək ki, Emir Arasın həyat yoldaşı hotelin sahibi Halit Ergülün qızıdır. Hadisədən sonra qapıları döyüb insanlara xəbərdarlıq etdiyini bildirən Emir Arasın, əslində, qaldığı 7-ci mərtəbədə başqa heç kimin qapısını döyərək yanğın xəbərdarlığı etmədiyi məlum olub.
Bu görüntülərdən sonra "Grand Kartal"dakı yanğında anası, qardaş və qardaşı oğlunu itirən Bülent Akişli "yaxınlarım səninlə eyni mərtəbədə 7010 nömrəli otaqda idi, ay vicdansız, məsum insanlara xəbər etmədən öz ailəni götürüb qaçdın" deyib.
Xatırladaq ki, 2025-ci il yanvarın 21-də baş vermiş yanğında 78 nəfər ölüb, 133 nəfər yaralanıb.
#Türkiyə teqi istifadə olunub
- Prezident İlham Əliyev COP31 Liderlər Sammitində iştirak edəcək - Baku TV
- Azərbaycan COP31-də “Dialoq Dəhlizi” konsepsiyası ilə çıxış edir - Baku TV
- Pərviz Şahbazov üç ölkənin nümayəndələri ilə birlikdə mühüm sənədə imza atdı - Baku TV
- “Böyük bir birlik mesajı verildi” | Cevdet Yılmaz Ərdoğanın Azərbaycana səfərini şərh etdi - Baku TV
- “O, böyük bir lider və sülh insanıdır” | Naxçıvanda Atatürkün anım günü ilə bağlı tədbir - Baku TV
