Pleyeri seçin:

İnsan kəlləsinin son əsr ərzindəki dəyişikliyi

09 may 2026 451 baxış

Son bir əsr ərzində insan kəlləsinin formasında nəzərəçarpacaq dəyişikliklər baş verib.

XX əsrin əvvəllərində yaşamış şəxslərlə müasirlərimizin baş quruluşunu müqayisə edən yapon tədqiqatçılar bu qənaətə gəliblər.

Mütəxəssislər 1900-1920-ci illərdə vəfat etmiş insanların kəllə sümüklərinin kompüter tomoqrammalarını təhlil edərək, onları 2022-2024-cü illərdə dünyasını dəyişmiş müasir yaponların skan məlumatları ilə tutuşdurublar.

Dəqiq nəticələr əldə etmək üçün üçölçülü modellər üzərində 161 anatomik nöqtədən istifadə olunub. Məlum olub ki, yüz il ərzində kəllə sümüyü daha dairəvi forma alıb: başın uzunsov forması müasir insanlara daha az xasdır.

Bununla yanaşı, üz cizgiləri də fərqlənib – yanaq sümükləri daralıb, üst çənə genişlənib, burun isə daha incə və qabarıq olub. Həmçinin alimlər alın nahiyəsinin qısaldığını və qulaqarxası sümük çıxıntılarının böyüdüyünü qeyd ediblər.

Tədqiqat qrupunun rəhbəri Şiori Usuinin sözlərinə görə, bu cür dəyişikliklər təkamüllə izah edilə bilməyəcək qədər sürətlə baş verib. Çox güman ki, bu hallar həyat tərzi ilə əlaqədardır: uşaqlıq dövründə qidalanmanın və səhiyyənin yaxşılaşması, habelə daha az çeynəmə səyi tələb edən və üz sümüklərinin formalaşmasına təsir göstərən yumşaq qidalara keçid mühüm rol oynayıb.

Kişilər və qadınlar arasındakı fərqlərin artması isə tədqiqatın gözlənilməz nəticəsi olub. Qadınlarla müqayisədə kişilərdə qaşüstü qövslər daha qabarıq, sümük çıxıntıları daha böyük, üz isə daha nəzərəçarpan şəkil alıb. Bu isə həyat tərzinin yaxınlaşmasının bu cür fərqləri aradan qaldırmalı olduğu barədəki fərziyyə ilə ziddiyyət təşkil edir.

Kopyalandı
Banner
Avropa İttifaqında təbii qaz dünyada ən çox bahalaşan əmtəə oldu

Avropa İttifaqında təbii qaz dünyada ən çox bahalaşan əmtəə oldu

Dünya
01 noyabr 2026 451 baxış
Türkiyədə sosial şəbəkələrə yaş məhdudiyyəti

Türkiyədə sosial şəbəkələrə yaş məhdudiyyəti

Dünya
01 noyabr 2026 451 baxış
Ankara hərəkətə keçdi

Ankara hərəkətə keçdi

Dünya
01 noyabr 2026 451 baxış
Rusiyanın böyük neft emalı zavodu hücuma məruz qaldı

Rusiyanın böyük neft emalı zavodu hücuma məruz qaldı

Dünya
01 noyabr 2026 451 baxış
Təkcə enerji sahəsində yaranmış zərər 100 milyard avroya çatıb?

Təkcə enerji sahəsində yaranmış zərər 100 milyard avroya çatıb?

Dünya
01 noyabr 2026 451 baxış
Birmingemdə futbol matçından sonra baş verən silahlı insident araşdırılır

Birmingemdə futbol matçından sonra baş verən silahlı insident araşdırılır

Dünya
01 noyabr 2026 451 baxış
Aİ-də təbii qaz problemi | "Köhnə qitə" qışa necə hazırlaşır? - Baku TV

Aİ-də təbii qaz problemi | "Köhnə qitə" qışa necə hazırlaşır? - Baku TV

Dünya
01 noyabr 2026 451 baxış
Tehran Londonun kəşfiyyat və hərbi strukturlarına qarşı cavab addımı atıb

Tehran Londonun kəşfiyyat və hərbi strukturlarına qarşı cavab addımı atıb

Dünya
01 noyabr 2026 451 baxış
Kiyev və Moskva liderlərinin mümkün görüşü üçün hazırlıqlar gedir? - Baku TV CANLI

Kiyev və Moskva liderlərinin mümkün görüşü üçün hazırlıqlar gedir? - Baku TV CANLI

Dünya
01 noyabr 2026 451 baxış
Rusiya yenidən kütləvi pilotsuz uçuş aparatı hücumunun hədəfinə çevrilib - Baku TV CANLI

Rusiya yenidən kütləvi pilotsuz uçuş aparatı hücumunun hədəfinə çevrilib - Baku TV CANLI

Dünya
01 noyabr 2026 451 baxış
Seçilmişlər
icon