CNN: “İsrail İrana qarşı yeni hərbi əməliyyatlara hazırdır”
Yeniliklərdən dərhal xəbərdar olun
İsrail İrana qarşı hərbi əməliyyatları mümkün qədər tez bərpa etmək niyyətindədir və buna hazırdır, amma ABŞ Prezidenti Donald Trampın mövqeyindən məyusdur. Yəhudi dövlətinin fikrincə, Tehran bundan diplomatik fasiləni uzatmaq üçün istifadə edir.
Bu barədə CNN İsrail rəsmilərinə istinadla məlumat yayıb.
Mənbə telekanala Donald Trumpla İsrail Baş naziri Benyamin Netanyahu arasındakı son telefon danışığını gərgin kimi xarakterizə edib. İsrail danışıqların nəticəsinə görə Amerika liderinin mövqeyindən narahat qalıb.
Rəsmilərin fikrincə, Trampın bu mövqeyi prosesin uzanmasına səbəb olur, halbuki İsraildə İrana qarşı hərbi əməliyyatların yenidən başlanmasına güclü istək var.
Netanyahu da hesab edir ki, hazırkı fasilə yalnız İranın xeyrinə işləyir.
İsrailin N12 telekanalının daha əvvəl verdiyi məlumata görə, Netanyahu və Tramp mayın 20-də telefonla danışıb. Amerika lideri mayın 18-də Qətər, BƏƏ və Səudiyyə Ərəbistanının xahişi ilə razılaşmaq ehtimalı ilə İrana qarşı hərbi əməliyyatların bərpasını təxirə salmaq qərarı verdiyini açıqlayıb. Mayın 19-da isə ABŞ-nin İrana gələn həftənin əvvəlinə qədər şans verməyə hazır olduğunu və hərbi əməliyyatların bərpasını həmin vaxta qədər təxirə saldığını bəyan edib.
#ABŞ-İsrail-İran müharibəsi teqi istifadə olunub
- Vaşinqton və Təl-Əviv Tehran üçün nə hazırlayır? - Baku TV CANLI
- İsrail qırıcıları işə salındı | Dünyaya səs salacaq hücumlar başlayır? - Baku TV
- Trampın hücum qərarı İranın nüvə obyektlərinin taleyini dəyişə bilər - Baku TV
- Pezeşkian İranla bağlı iddialı açıqlamalar verdi, Qəribabadi isə... - Baku TV
- "İran cavab verməyə hazırdır" | Tehran Vaşinqtona hansı mesajı verdi? - Baku TV
