Dünya
Pleyeri seçin:
İranda yeni nazirlərin siyahısı parlamentə təqdim olundu
İran İslami Şura Məclisinin ümumi iclasında 14-cü kabinet üçün təklif edilən nazirlərin siyahısı parlamentə təqdim olunub.
Bu barədə İran mətbuatı məlumat yayıb.
Siyahıda Hüccətül-islam Seyyid İsmayıl Hatib kəşfiyyat naziri, Seyid Abbas İraqçi xarici işlər naziri, Əmir Əziz Nəsirzadə müdafiə, logistika və silahlı qüvvələr naziri, İskəndər Mümini isə daxili işlər naziri kimi qeyd edilib.
Məlumata görə, Prezident Məsud Pezeşkianın təklif etdiyi siyahıda ümumilikdə 19 nazirin adı yer alıb. Parlamentin reqlamentinə əsasən, deputatlara təklif olunan nazirlərin proqramlarına baxmaq üçün bir həftə vaxt verilir. Bundan sonra parlament plenar iclaslarda nazirlərin səlahiyyətlərini qiymətləndirməyə başlayacaq.
Kopyalandı
Seçilmişlər