İranın hücumu bölgədə gərginliyi artırdı | ABŞ hərbi bazasında partlayış - Baku TV
Baku TV-nin dünya xəbərləri bölməsində İranın regiondakı ABŞ hərbi bazalarına endirdiyi sarsıdıcı zərbələr və bunun fəsadları təhlil olunur. Məlumata görə, İraqın Ərbil şəhərində və Küveytdəki (Camp Arifjan) ABŞ hərbi bazalarında güclü partlayışlar baş verib. İran mediası və hərbi mənbələr PUA zərbələri nəticəsində Amerikaya məxsus obyektlərin sursat anbarlarının və "Patriot" hava hücumundan müdafiə sistemlərinin hədəf alındığını iddia edir. Partlayışlar nəticəsində ABŞ hərbçiləri arasında itkilərin olduğu (3-4 nəfər həlak olub, bir neçə nəfər yaralanıb) və bazaların infrastrukturuna ciddi ziyan dəydiyi bildirilir. Süjetdə həmçinin Tehranın bu hücumları "qisas əməliyyatı" kimi xarakterizə etməsi və Donald Tramp administrasiyasının mümkün cavab addımları hərbi ekspertlərin rəyləri ilə təqdim olunur.
#İran Ordusu teqi istifadə olunub
- İran Hörmüz boğazında gəmilərin hərəkətinə nəzarəti davam etdirir
- İran Ordusu müdafiədən hücum doktrinasına keçdi
- Açıq mənbə kəşfiyyatı: Hərbçilərin şəxsi paylaşımları hərbi bazaları hədəfə çevirir - Baku TV
- Tehrandan Vaşinqtona sərt cavab | Qlobal enerji daşımaları risk altındadır - Baku TV
- ABŞ və İran arasında qarşıdurma yeni mərhələyə keçdi - Baku TV CANLI
