Dünya
Pleyeri seçin:

İraqda ümummilli matəm elan edildi

03 fevral 2024

İraq hakimiyyəti ABŞ Hərbi Hava Qüvvələrinin sərhəd bölgələrinə hücumu nəticəsində həlak olanların xatirəsinə ümummilli matəm elan edib.

Bu barədə ölkənin Baş naziri fərman imzalayıb.

İraq hökumətinin məlumatına görə, bombardman nəticəsində 16 nəfər ölüb, 25 nəfər yaralanıb.

ABŞ-nin Bağdaddakı müvəqqəti işlər vəkili Devid Berkeri Xarici İşlər Nazirliyinə çağırılıb və ona etiraz notası verilib. Bildirilib ki, etiraz notası ABŞ-nin İraqa endirdiyi zərbələr və bunun nəticəində 16 nəfərin ölümü ilə bağlıdır.

Bu arada İraq parlamenti ABŞ-nin endirdiyi zərbələri və onun nəticələrini müzakirə etmək üçün təcili iclas keçirəcək. Deputatlar həmçinin İraqın suverenliyini beynəlxalq koalisiya qüvvələri tərəfindən pozulmasına son qoyması barədə müzakirələr aparacaqlar.

Söhbət İŞİD terror qruplaşması ilə mübarizədə ABŞ-nin rəhbərlik etdiyi koalisiyadan gedir. Koalisiya qüvvələrinin bir hissəsi İraq ərazisində yerləşir. İraq hökuməti bu yaxınlarda Vaşinqtonla xarici hərbçilərin ölkədən çıxarılmasını koordinasiya etmək niyyətində olduğunu açıqlayıb.

Parlamentin bəyanatında vurğulanır ki, hazırda xarici hərbi mövcudluğu davam etdirməyə ehtiyac yoxdur. ABŞ və müttəfiq qüvvələrin ölkədə olması İraqın müstəqilliyinə təhlükədir.

Qeyd edək ki, fevralın 3-də gecə saatlarında ABŞ Suriya və İraqa silsilə zərbələr endirib.

ABŞ-də ağır yol qəzası | Çoxlu sayda ölü və yaralı var

ABŞ-də ağır yol qəzası | Çoxlu sayda ölü və yaralı var

Dünya
01 sentyabr 2024
Gürcüstan hökuməti konstitusiyada dəyişikliyə hazırlaşır?

Gürcüstan hökuməti konstitusiyada dəyişikliyə hazırlaşır?

Dünya
01 sentyabr 2024
Rusiyada içi adam dolu helikopter qəfil yoxa çıxdı | Detallar açıqlandı

Rusiyada içi adam dolu helikopter qəfil yoxa çıxdı | Detallar açıqlandı

Dünya
31 avqust 2024
Rusiyanın təyyarəsində təhlükə dolu anlar | Hadisənin detalları açıqlandı

Rusiyanın təyyarəsində təhlükə dolu anlar | Hadisənin detalları açıqlandı

Dünya
31 avqust 2024
İranda vəziyyət gərginləşir | Cavad Zəriflə bağlı məsələlərin pərdəarxası

İranda vəziyyət gərginləşir | Cavad Zəriflə bağlı məsələlərin pərdəarxası

Dünya
31 avqust 2024
Süleyman Kərimovun satdığı superyaxta Türkiyədə gəmi ilə toqquşdu

Süleyman Kərimovun satdığı superyaxta Türkiyədə gəmi ilə toqquşdu

Dünya
31 avqust 2024
İrandan təcili açıqlama | İranlı general Krımda ruslara təlim keçir?

İrandan təcili açıqlama | İranlı general Krımda ruslara təlim keçir?

Dünya
31 avqust 2024
Rusiya bu sahədəki gücünü bərpa edir | Neft şirkətləri Türkiyə vasitəsilə...

Rusiya bu sahədəki gücünü bərpa edir | Neft şirkətləri Türkiyə vasitəsilə...

Dünya
31 avqust 2024
BMT Qəzza zolağında humanitar fasilə barədə ilkin razılığa gəldi

BMT Qəzza zolağında humanitar fasilə barədə ilkin razılığa gəldi

Dünya
31 avqust 2024
ABBA qrupundan Trampa sərt sözlər | Bizim mahnıları oxuma!

ABBA qrupundan Trampa sərt sözlər | Bizim mahnıları oxuma!

Dünya
31 avqust 2024
Seçilmişlər
icon