İrəvanda arxiyepiskop Arşak Xaçatryan saxlanılıb
İrəvanda Eçmiədzin dəftərxanasının rəhbəri, arxiyepiskop Arşak Xaçatryan saxlanılıb.
Bu barədə vəkil Arsen Babayan bildirib.
Hüquqşünasın sözlərinə görə, o, Milli Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən İstintaq Komitəsinin binasında saxlanılıb. Arxiyepiskop narkotik vasitələrin qanunsuz satışında şübhəli bilinir.
İlkin istintaq çərçivəsində Ermənistan Cinayət Məcəlləsinin 393-cü maddəsinin 2-ci hissəsinin 1 və 4-cü bəndləri, yəni narkotik vasitələrin əvvəlcədən əlbir olan şəxslər qrupu tərəfindən və ictimai yerdə qanunsuz satışı üzrə cinayət işi açılıb.
Müstəntiqlərin məlumatına görə, yepiskop 2018-ci ildə bütün ermənilərin katolikosu II Qareginin istefası tələbi ilə etiraz aksiyası keçirən fəalın çantasına narkotik maddə yerləşdirib. İddialara görə, Xaçatryan bunu etirazçıları nüfuzdan salmaq üçün edib.
Qeyd edək ki, bu, Ermənistan Kilsəsinin həbs edilən dördüncü yüksəkvəzifəli iyerarxıdır. Hazırda məhkəməyəqədər həbsdə olanlar arxiyepiskop Baqrat Qalstanyan, Erməni Apostol Kilsəsinin Şirak yeparxiyasının rəhbəri arxiyepiskop Mikael Ajapaxyan və Araqatsotn yeparxiyasının rəhbəri, yepiskop Mkrtıç Proşyandır.
#Ermənistan teqi istifadə olunub
- Paşinyan indi də bu videosu ilə gündəm oldu - Baku TV
- Prezidentin köməkçisi XIII Qlobal Bakı Forumunda çıxış edib
- “Bu siyasi razılaşma düzgün istiqamətdə atılmış addımdır” | Şarl Mişel
- Azərbaycanın müharibə aparanlarla paylaşa biləcəyi daha bir təcrübə - Baku TV
- İlham Əliyev hazırda dünyada baş verənlərə münasibət bildirdi - Baku TV
