İsa Məsih dövrünə aid nələr üzə çıxdı? | İlkin araşdırmanın nəticələri açıqlandı
Türkiyədə aparılan arxeoloji qazıntılar dünya gündəminə düşüb.
Belə ki, Papa Fransiskin vəsiyyətinə əsasən, Papa XIV Leonun ziyarət edəcəyi Bursanın İznik şəhərində İsa Məsih dövrünə aid mozaika aşkarlanıb.
Bildirilir ki, üzərində qədim döyüş gəmisi və maral təsvirləri olan mozaika İznikdə bir evin təməlində aparılan qazıntılar zamanı üzə çıxarılıb.
Qeyd edək ki, ərazidə qazıntı işləri iki ay əvvəl başlayıb. İznik Muzeyi tərəfindən tikinti sahəsində aparılan ilkin araşdırmalar nəticəsində ərazidə tarixi qalıqların olduğu müəyyən edilib və həmin sahə rəsmi qazıntı zonası elan olunub. Arxeoloji işlər hazırda muzeyə bağlı mütəxəssislər tərəfindən davam etdirilir.
Qazıntı sahəsinin yaxınlığında məşhur "Qladiator" filmində Rassel Krounun canlandırdığı Maksimus Desimus Meridiusun yaşadığı evin də yerləşdiyi güman olunur.
#Türkiyə teqi istifadə olunub
- Təzyiqlərə qarşı ortaq mövqe
- “Arzuları ürəklərində qalacaq!” | Rəşad Bayramov Bakı-Ankara əlaqələri barədə nə danışdı? - Baku TV
- Ankara ilə Ottava arasında yeni dövr | İlk səfər və müdafiə-təhlükəsizlik üzrə imzalanan sənəd
- Ankaradan gələn telefon zəngi və gərginlikdən çıxan siyasi mesajlar - Baku TV
- Çökən binanın dağıntıları altından çıxarılan şəxslərdən biri xilas edilə bilməyib
