İspaniyada arxeoloqlar mağarada nə tapdılar? | Alimlərdən maraqlı araşdırma
Yeniliklərdən dərhal xəbərdar olun
Sauthempton Universitetinin alimlərinin apardığı tədqiqatlar və onların nəticələri rəssamlıq sənəti ilə bağlı bəzi fərziyyələri şübhə altına alıb.
Tapıntılar ilk rəssamların müasir insanlardan daha çox neandertalların ola biləcəyini göstərib.
Onlar aşkar ediblər ki, İspaniyanın Maltravieso mağarasındakı əl trafaretlərinin minimum yaşı təxminən 67 min ildir. Bu, vizual sənətin ən qədim formalarından biri hesab olunur.
Tədqiqatçılar qabaqcıl “U” seriyalı metoddan istifadə edərək mağaranın müxtəlif otaqlarında yerləşən 60-dan çox trafareti təhlil ediblər. Bu üsul piqmentləri örtən kalsium karbonat qabıqlarının minimum yaşını aydınlaşdırmağa imkan verib. Məlum olub ki, onların mənşəyi Orta Paleolit dövrünə aiddir.
“U” seriyalı metod kalsit qabıqlarında uran və toriumun izotop nisbətinin ölçülməsinə əsaslanır. Uran torpaqdan səth suları ilə yuyulur, daha sonra buxarlandıqda kalsium karbonat əmələ gətirir. Proses uranın toriuma təcrid olunan çevrilməsini nəzərdə tutur ki, bu da birləşmələrin yaşını yüksək dəqiqliklə müəyyən etməyə imkan verir.
#İspaniya teqi istifadə olunub
- Azərbaycan XİN İspaniyada baş verən qatar faciəsi ilə bağlı başsağlığı verib - Baku TV
- Azərbaycan dəmir yolu qəzası ilə əlaqədar İspaniyaya başsağlığı verib - Baku TV CANLI
- Barselonada iğtişaşlar zamanı 100-ə yaxın şəxs saxlanılıb
- İspaniyada baş verən kütləvi iğtişaşlar ciddi gərginliyə səbəb olub - Baku TV CANLI
- Madriddə minlərlə insan pensiya sisteminin özəlləşdirilməsinə qarşı çıxıb
