Pleyeri seçin:

İspaniyada bu pişikləri sahiblənmək niyə qadağan edildi?

21 oktyabr 2025 554 baxış

İspaniyanın şimal-şərqində, Kataloniya bölgəsində yerləşən Terrassa qəsəbəsində yerli hakimiyyət “Halloween” bayramı dövründə mümkün “qara sehr mərasimlərinin” qarşısını almaq məqsədilə qara pişiklərin sahiblənilməsini müvəqqəti olaraq qadağan edib.

Yerli heyvan rifahı xidməti 6 oktyabr-10 noyabr tarixləri arasında qara pişiklərin sahiblənilməsi və müvəqqəti baxım üçün müraciətlərin qəbul edilməyəcəyini açıqlayıb.

Qərarın məqsədi bu heyvanların zərər görməsinin və ya sadəcə “aksesuar” kimi istifadə edilməsinin qarşısını almaqdır.

Terrassa bələdiyyə sədrinin müavini Noel Duqe RTVE telekanalına açıqlamasında hər il “Halloween” bayramı dövründə qara pişiklərə marağın artdığını bildirib:

“İnsanların dəb xatirinə və ya ani istəklə pişik sahiblənməsini istəmirik. Həmçinin bəzi bölgələrdə müşahidə edilən qaranlıq mərasimlərin qarşısını almağa çalışırıq”.

Qərb mədəniyyətində qara pişiklər uzun müddət bədbəxtlik və sehrlə əlaqələndirilsə də, Yaponiya və Misir kimi bəzi ölkələrdə onlar bərəkət və uğurun simvolu sayılır.

Terrassa bələdiyyə şurası şəhərdə indiyə qədər qara pişiklərə qarşı zorakılıq hadisəsi qeydə alınmadığını, lakin digər bölgələrdə baş verən oxşar hallardan sonra heyvan haqları təşkilatlarının xəbərdarlığı ilə ehtiyat tədbiri kimi bu qərarın qəbul edildiyini bildirib.

Təxminən 9800 pişiyin yaşadığı qəsəbənin sığınacağında hazırda 100-ə yaxın pişik olduğu, onlardan 12-nin qara rəngdə olduğu açıqlanıb. Bələdiyyə qadağanın müvəqqəti və istisna olduğunu, məqsədin heyvan rifahını qorumaqdan ibarət olduğunu açıqlayıb.

Eyni zamanda gələcəkdə zərurət yaranarsa, bu tədbirin yenidən tətbiq edilə biləcəyi qeyd edilib. Qadağa müddətində xüsusi hallar fərdi şəkildə dəyərləndiriləcək, adi sahiblənmə prosesi isə “Halloween” bayramından sonra bərpa olunacaq.

Banner
Avropa İttifaqında təbii qaz dünyada ən çox bahalaşan əmtəə oldu

Avropa İttifaqında təbii qaz dünyada ən çox bahalaşan əmtəə oldu

Dünya
01 noyabr 2026 554 baxış
Türkiyədə sosial şəbəkələrə yaş məhdudiyyəti

Türkiyədə sosial şəbəkələrə yaş məhdudiyyəti

Dünya
01 noyabr 2026 554 baxış
Ankara hərəkətə keçdi

Ankara hərəkətə keçdi

Dünya
01 noyabr 2026 554 baxış
Rusiyanın böyük neft emalı zavodu hücuma məruz qaldı

Rusiyanın böyük neft emalı zavodu hücuma məruz qaldı

Dünya
01 noyabr 2026 554 baxış
Təkcə enerji sahəsində yaranmış zərər 100 milyard avroya çatıb?

Təkcə enerji sahəsində yaranmış zərər 100 milyard avroya çatıb?

Dünya
01 noyabr 2026 554 baxış
Birmingemdə futbol matçından sonra baş verən silahlı insident araşdırılır

Birmingemdə futbol matçından sonra baş verən silahlı insident araşdırılır

Dünya
01 noyabr 2026 554 baxış
Aİ-də təbii qaz problemi | "Köhnə qitə" qışa necə hazırlaşır? - Baku TV

Aİ-də təbii qaz problemi | "Köhnə qitə" qışa necə hazırlaşır? - Baku TV

Dünya
01 noyabr 2026 554 baxış
Tehran Londonun kəşfiyyat və hərbi strukturlarına qarşı cavab addımı atıb

Tehran Londonun kəşfiyyat və hərbi strukturlarına qarşı cavab addımı atıb

Dünya
01 noyabr 2026 554 baxış
Kiyev və Moskva liderlərinin mümkün görüşü üçün hazırlıqlar gedir? - Baku TV CANLI

Kiyev və Moskva liderlərinin mümkün görüşü üçün hazırlıqlar gedir? - Baku TV CANLI

Dünya
01 noyabr 2026 554 baxış
Rusiya yenidən kütləvi pilotsuz uçuş aparatı hücumunun hədəfinə çevrilib - Baku TV CANLI

Rusiya yenidən kütləvi pilotsuz uçuş aparatı hücumunun hədəfinə çevrilib - Baku TV CANLI

Dünya
01 noyabr 2026 554 baxış
Seçilmişlər
icon