İsrail hərbçiləri BMT sülhməramlılarına atəş açıb
Yeniliklərdən dərhal xəbərdar olun
İsrail Müdafiə Qüvvələri Livanın cənubunda Birləşmiş Millətlər Təşkilatının sülhməramlılarına atəş açıb.
Bu barədə BMT-nin Livandakı Müvəqqəti Qüvvələrinin mətbuat katibi məlumat yayıb.
"Bu səhər İsrail hərbçiləri Livanda İsrailin nəzarətində olan mövqe yaxınlığında Merkava tankından BMT-nin sülhməramlılarını atəşə tutub. Ağır silahlardan atılan güllələr piyada və gizlənməyə məcbur olan sülhməramlılardan təxminən beş metr aralı düşüb", ‒ deyə məlumatda bildirilib.
Sülhməramlılar rabitə kanalları vasitəsilə İsraildən atəşi dayandırmağı xahiş ediblər. Onlar 30 dəqiqədən sonra ərazini təhlükəsiz tərk edə biliblər. Heç kim xəsarət almayıb.
Vurğulanıb ki, bu cür hərəkətlər BMT Təhlükəsizlik Şurasının 1701 saylı qətnaməsinin İsrail tərəfindən ciddi şəkildə pozulmasıdır.
Daha sonra İsrail Ordusunun mətbuat katibi sülhməramlıların atəşə tutulması ilə bağlı bəyanatını şərh edib. Bildirilir ki, İsrail Ordusu Livanın cənubunda iki şübhəli şəxsə xəbərdarlıq atəşi açıb.
Araşdırmalardan sonra müəyyən olunub ki, şübhəlilər ərazidə patrul xidməti yerinə yetirən BMT əməkdaşlarıdır. Bununla bağlı əlavə araşdırma aparıldığı da qeyd edilib.
#İsrail teqi istifadə olunub
- Hökumət dəyişsə, müharibə siyasəti də dəyişəcəkmi? - AKTUAL GÜNDƏM
- Netanyahu yeni hökumətə rəhbərlik etmək istəyir
- Netanyahu seçkilərdən sonra Qəzza ilə bağlı hansı addımları atacaq? - ƏSAS XƏBƏR
- İsraildə ərəb partiyaları Ayzenkotla əməkdaşlığa hazır olduqlarını açıqlayıblar
- Hərbi əməliyyatlar nə vaxt başlaya bilər? - “İran sərt cavab verməli olacaq” - Baku TV
