İsrail müharibəni dayandırır | Netanyahu tarixi açıqladı
Almaniya kansleri Olaf Şolts müqəddəs Ramazan ayı ərzində Qəzza zolağında atəşkəs rejiminin tətbiq edilməsinin vacibliyini açıqlayıb.
“Yaxşısı Ramazan ayında atəşkəsə nail olmaqdır. Belə bir atəşkəs, nəhayət, israilli girovların azad edilməsinə və Qəzzaya daha çox humanitar yardımın çatdırılmasına imkan verməlidir”, – deyə O.Şolts bildirib.
Bu arada, İsrailin Baş naziri Benyamin Netanyahu bəyan edib ki, İsrail Müdafiə Qüvvələrinin Qəzza zolağında keçirdiyi əməliyyat yaxın 2 ay ərzində başa çata bilər.
“Biz terrorçu HƏMAS-ın döyüş batalyonlarının dörddə üçünü məhv etdik. Döyüşlərdə isə sona yaxınlaşırıq və bu 2 aydan çox çəkməyəcək. Bəlkə 6 həftə, bəlkə də 4”, – deyə Baş nazir bildirib.
Qeyd edək ki, 2023-cü ilin oktyabrından etibarən Yaxın Şərqdə HƏMAS-la İsrail arasında müharibə gedir.