İsrail Ordusu hücuma keçdi | Yeni əməliyyatlar barədə təcili məlumat
İsrailin Hərbi Hava Qüvvələri oktyabrın 6-dan 7-nə keçən gecə Beyrutda “Hizbullah”ın hərbi obyektlərinə zərbələr endirib.
Bu barədə xarici KİV-də məlumat yayılıb.
Bildirilib ki, onların hədəfləri Beyrutda “Hizbullah”ın döyüş qanadının kəşfiyyat qərargahı, kəşfiyyat məlumatı toplama obyektləri, komanda mərkəzləri və təşkilatın istifadə etdiyi digər infrastruktur obyektləri olub.
Bundan əlavə, son bir neçə saat ərzində “Hizbullah”ın silah anbarlarına hava zərbələri endirilib. Bu zərbələrdən sonra orada silahların olduğunu göstərən partlayış qeydə alınıb. Eyni zamanda İsrailin Hərbi Hava Qüvvələri Livanın cənubunda və ölkənin şərqindəki Bekaa vadisində “Hizbullah”ın infrastrukturuna hücum edib.
Ordunun Mətbuat Xidmətinin məlumatına görə, İsrailin Hərbi Hava Qüvvələri həmçinin Qəzza zolağının şimalında Fələstin qaçqınlarının Cəbaliyə düşərgəsi ərazisində onlarla hədəfə zərbələr endirib. Nəticədə onlarla fələstinli öldürülüb.
Əməliyyat bölgəsində hərbçilər silah, sursat və partlayıcı qurğular aşkarlayıblar.