Dünya
Pleyeri seçin:
İsrail Ordusu Livanı atəşə tutdu | Ölənlər və yaralananlar barədə məlumat
İran İnqilab Keşikçiləri Korpusu SEPAH-ın komandirlərindən biri olan Əli Heydərini öldürüb.
Bu barədə “Azad İran” məlumat yayıb.
Məlumata görə, Əli Heydəri Livanın cənubunda həkim kimi fəaliyyət göstərib. O, İsrailin raket hücumu nəticəsində həlak olub.
Bu arada, Livanda gün ərzində İsrail Hərbi Hava Qüvvələrinin zərbələri nəticəsində 63 nəfər ölüb, 234 nəfər yaralanıb. Məlumata görə, ən çox itki ölkənin cənub bölgəsində qeydə alınıb.
Qeyd olunur ki, 2023-cü ilin oktyabrından bəri İsrailin hava hücumları və artilleriya atəşləri zamanı ölənlərin ümumi sayı 2546, yaralananların sayı isə 11 862 nəfər olub.
Kopyalandı
Seçilmişlər