Dünya
Pleyeri seçin:
İsrail təcili hərəkətə keçdi | Liderin bacısı nəyə hazırlaşırdı?
İsrail təhlükəsizlik qüvvələri HƏMAS lideri İsmayıl Haniyənin bacısı Zebah Abdel Salem Haniyənı həbs edib. O, HƏMAS-la əlaqə qurmaqda, terroru təhrik etməkdə və dəstəkləməkdə şübhəli bilinir.
İsrail mediası yazır ki, 57 yaşlı Zebah Abdel Salem Haniyə “Sübh tezdən” adı altında keçirilən əməliyyatlar zamanı ələ keçirilib.
Polisin məlumatına görə isə HƏMAS liderinin bacısının İsrail ərazisində həbs edilməsi bir daha sübut edir ki, Salem Haniyə ölkə ərazisində növbəti terror aktını həyata keçirmək və koordinasiyaya rəhbərlik etməyə hazırlaşırdı.
Kopyalandı
Seçilmişlər