İsrail və “Hizbullah” arasında davam edən gərginliyə ABŞ-dən münasibət - Baku TV
ABŞ lideri Donald Tramp Yaxın Şərq regionunun bütün cəbhələrində tam atəşkəsə çağırıb.
Bu barədə o, “Truth Social” hesabında yazıb.
“ABŞ sülhə sadiqdir və biz Yaxın Şərqdə hər kəsi bizim danışıqlarımızı mükəmməl irəliləməsinə imkan yaratmaq üçün bu mövqeyə sadiq olmağa çağırırıq. Bazarlar baş verənlərdən çox məmnundur: neftin qiyməti əhəmiyyətli dərəcədə ucuzlaşır, səhmlər isə nəzərəçarpacaq dərəcədə bahalaşır. Biz Livan, “Hizbullah” və İsrail də daxil olmaqla, bütün cəbhələrdə tam atəşkəs gözləyirik”, – deyə paylaşımda bildirilib.
Məsələyə Ağ Evdə keçirilən brifinqdə vitse-prezident Cey Di Vens də münasibət bildirib.
“ABŞ-İran razılaşması çərçivəsində əldə olunmuş atəşkəs razılaşmalarına baxmayaraq, Livanda İsrail və “Hizbullah” qruplaşması arasında ayrı-ayrı toqquşmalar riski qalmaqdadır”, – deyə o vurğulayıb.
Vens qeyd edib ki, ABŞ hər iki tərəfin razılaşmanın şərtlərinə əməl edəcəyini gözləyir və buna Yaxın Şərqdə sabitliyin təmin edilməsi üzrə daha geniş prosesin bir hissəsi kimi baxır.
“Söhbət regional sülhdən gedir. Biz “Hizbullah”ın İsrailə raket və PUA-lar atmayacağına ümid edirik. Lakin biz eyni zamanda İsrailin Livanda məhdudiyyətsiz fəaliyyət göstərməyəcəyini də gözləyirik”, – deyə o vurğulayıb.
Vens əlavə edib ki, əldə olunmuş razılaşmaların həyata keçirilməsi prosesində lokal gərginliklər yarana bilər: “Biz artıq Livanda əhəmiyyətli irəliləyiş görürük. Daha az atışma, daha az hücum var. Lakin zaman-zaman belə alovlanmalar yaranacaq”.
Vens həmçinin bildirib ki, gələcəkdə Cənubi Livanda vəziyyətə nəzarət, “Hizbullah”ın daha da güclənməsinin qarşısını almaq və İsrail üçün riskləri azaltmaq məqsədilə Livan dövlət institutlarına keçməlidir.
#Donald Tramp teqi istifadə olunub
- Teylor Sviftin mahnıları Ağ Ev və Trampın paylaşımlarından silinib
- ABŞ Ordusunun hərəkətlərinə qarşı Tehrandan cavab gələcək? - Baku TV
- Vaşinqtonda İranla bağlı xətt dəyişdi? | Tramp nəticəyə nikbin baxır - Baku TV
- Vaşinqtonda yaradılan sülh imkanları regionun gələcəyini necə dəyişəcək? - Baku TV
- Prezident İlham Əliyev Donald Trampa məktub ünvanladı - Baku TV
