Pleyeri seçin:

İsraildən yeni müharibə anonsu | Netanyahu ABŞ-ni günahlandırdı

24 iyun 2024 679 baxış

İsrailin Baş naziri Benyamin Netanyahu HƏMAS hərbi qruplaşması ilə intensiv döyüşlərin və Rəfahdakı əməliyyatın sona yaxınlaşdığını açıqlayıb.

Ölkənin müdafiə naziri Yoav Qallant isə onun sözlərinə qüvvət verərək Təl-Əvivin növbəti hədəfinin HİZBULLAH ordusu ilə mübarizə aparmaq olduğunu bildirib:

“ABŞ bizim ən mühüm və ən başlıca müttəfiqimizdir. Bizim indiki əlaqələrimiz həlledici və bəlkə də, hər zaman olduğundan daha da vacibdir. Vaşinqton rəsmiləri ilə görüşlər zamanı mən Qəzza cəbhəsində, o cümlədən Livanla sərhəddə baş verənləri müzakirə edəcəyəm və bütün bunlar hazırda böyük əhəmiyyət kəsb edir.

Biz yalnız Qəzzada və Livanda yox, bizdən tələb oluna biləcək istənilən yerdə hərəkətə keçməyə hazırıq. Qəzza zolağında “C” mərhələsinə keçid çox vacib bir addımdır. Mən bu keçidi də danışıqlar zamanı müzakirə etmək niyyətindəyəm. Bu addımın nələrə səbəb olacağı məqamına da toxunacağam. Onu bilirəm ki, Livan məsələsində də ABŞ ilə sıx əməkdaşlığa nail olacağıq”.

Baş nazir Benyamin Netanyahu isə yenə də ABŞ-nin İsrailə silah yardımının gecikdirilməsindən gileylənib. O, sözügedən problemin 4 aydır ki, davam etdiyini deyib:

"Prezident Co Baydenin və onun administrasiyasının İsrailə verdiyi dəstəyi çox yüksək qiymətləndirirəm. Müharibə başlayandan bəri Vaşinqton bizə həm mənəvi, həm də maddi dəstək verdi. Lakin təxminən bundan 4 ay əvvəl ABŞ-dən verilən silahların tədarükündə kəskin azalma oldu.

Onu da vurğulamaq istəyirəm ki, biz onlara izahat yazıb verdik, amma bir şey əldə edə bilmədik. Bu vəziyyətdə heç bir dəyişiklik olmadığına görə ictimaiyyətə bu barədə açıqlama vermək qərarına gəldim. Mən illərin təcrübəsinə dayanaraq bunu etdim.

Mən bilirdim ki, bu açıqlamaya görə tənqid olunacağam. İranla nüvə sazişinə qarşı çıxdığım zamanda olduğu kimi, Fələstin dövlətinin yaradılmasına da dəfələrlə etirazımı bildirmişəm. İsrailin Baş naziri kimi mənim işim döyüşçülərimizi ən yaxşı hərbi texnika ilə təmin etməkdir. Ümid edirəm ki, bu məsələ də öz həllini tapacaq”.

İran və Oman arasında kritik razılaşma - Baku TV CANLI

İran və Oman arasında kritik razılaşma - Baku TV CANLI

Dünya
05 avqust 2026 679 baxış
Britaniyanın 9 həbsxanasında xərçəng riski aşkarlandı

Britaniyanın 9 həbsxanasında xərçəng riski aşkarlandı

Dünya
05 avqust 2026 679 baxış
Trampın İranla bağlı gözləntisi özünü doğrultmaya bilər

Trampın İranla bağlı gözləntisi özünü doğrultmaya bilər

Dünya
05 avqust 2026 679 baxış
Hörmüzdə razılaşma üçün son mərhələ

Hörmüzdə razılaşma üçün son mərhələ

Dünya
05 avqust 2026 679 baxış
Məscid atəşə tutulub, ölən və yaralananlar var

Məscid atəşə tutulub, ölən və yaralananlar var

Dünya
05 avqust 2026 679 baxış
Qvatemalada Fueqo vulkanı püskürdü

Qvatemalada Fueqo vulkanı püskürdü

Dünya
05 avqust 2026 679 baxış
Rusiya-Ukrayna müharibəsi yeni mərhələyə keçir?

Rusiya-Ukrayna müharibəsi yeni mərhələyə keçir?

Dünya
05 avqust 2026 679 baxış
Kiyevə atılan ballistik raketin qarşısını almaq mümkün olmadı - Baku TV

Kiyevə atılan ballistik raketin qarşısını almaq mümkün olmadı - Baku TV

Dünya
05 avqust 2026 679 baxış
Rusiyanın Kiyevə raket zərbələri ağır nəticələr verdi - Baku TV CANLI

Rusiyanın Kiyevə raket zərbələri ağır nəticələr verdi - Baku TV CANLI

Dünya
05 avqust 2026 679 baxış
ABŞ İrana yenidən hücuma keçəcək? | Trampın taktiki gedişinə Tehranın reaksiyası - Baku TV

ABŞ İrana yenidən hücuma keçəcək? | Trampın taktiki gedişinə Tehranın reaksiyası - Baku TV

Dünya
05 avqust 2026 679 baxış
Seçilmişlər
icon