İsrailin XİN rəhbəri Bakıdakı terrora cəhddən danışdı
Yeniliklərdən dərhal xəbərdar olun
“Azərbaycanda İsrail səfirliyinə hücuma cəhdin arxasında İran dayanır”. Bunu İsrailin xarici işlər naziri Eli Kohen deyib.
Nazir Bakıda terror planlaşdırdığına görə Əfqanıstan vətəndaşının həbsindən sonra xaricdəki israillilərə qarşı Tehranın “qlobal terror təhlükəsi”nin olduğunu açıqlayıb.
“İran terroru qlobal təhlükədir, bunu biz son bir neçə gündə Azərbaycanda İsrailin Bakıdakı səfirliyinə hücum cəhdində, eləcə də son aylarda Kipr və Yunanıstanda israillilərə və yəhudilərə qarşı hücum cəhdlərində gördük”, – deyən Kohen əlavə edib.
Nazir bildirib ki, İran hücuma cəhd edən terrorçuları maliyyələşdirib və onlara göstərişlər verib. Kohen beynəlxalq ictimaiyyəti İranın terror fəaliyyətini dayandırmaq üçün birləşməyə çağırıb.
#İsrail teqi istifadə olunub
- Hökumət dəyişsə, müharibə siyasəti də dəyişəcəkmi? - AKTUAL GÜNDƏM
- Netanyahu yeni hökumətə rəhbərlik etmək istəyir
- Netanyahu seçkilərdən sonra Qəzza ilə bağlı hansı addımları atacaq? - ƏSAS XƏBƏR
- İsraildə ərəb partiyaları Ayzenkotla əməkdaşlığa hazır olduqlarını açıqlayıblar
- Hərbi əməliyyatlar nə vaxt başlaya bilər? - “İran sərt cavab verməli olacaq” - Baku TV
