İstanbul hava limanında əməliyyat | Amerikalı professor saxlanıldı
Türkiyənin İstanbul Hava Limanında qaçaqmalçılıq üzrə əməliyyat keçirilib.
Nəticədə ABŞ-yə qaçaqmalçılıq yolu ilə aparılması nəzərdə tutulan 1500-ə yaxın tarantula və əqrəb ələ keçirilib.
Endemik canlı növlərini çamadana yerləşdirərək ABŞ-yə keçirməyə cəhd edən ABŞ Milli Təbiət Tarixi Muzeyinin direktoru, professor Lorenzo Prendini saxlanılıb.
Qeyd edək ki, endemik zəhərli heyvan növlərinin DNT məlumatları toplanılır və sağılaraq zəhəri yığılır, sonra onlardan dərman hazırlamasında istifadə olunur. Araşdırmalara görə, əqrəbdən əldə edilən 1 litr zəhərin bazar dəyəri isə 10 milyon dollar təşkil edir.
Həmin zəhərdən hazırlanan dərmanlar çox yüksək maliyyə dəyərinə malik olduğu üçün bu canlıların xaricə aparılması qadağandır.
Əməliyyat çərçivəsində şübhəli olaraq saxlanılan və nəzarət altına alınan professor Lorenzo Prendini haqqında açılan cinayət işi ilə əlaqədar istintaq davam edir.
#Türkiyə teqi istifadə olunub
- "Məkkə sazişi"nin arxasındakı güc, əsas hədəf: Bakı niyə bu ittifaqda yer ala bilər? - HƏRBİ XRONİKA
- İran Azərbaycanla qarşıdurmadan əməkdaşlığa keçir? - AKTUAL GÜNDƏM
- Türkiyədən Qara dənizdə məhdudiyyət
- Ərdoğan Məkkə sazişinin önəmindən danışdı
- Abdullah Güler mühüm sənədin detallarını açıqladı | Qanun layihəsində nələr var? - Baku TV
