Dünya
Pleyeri seçin:
İstanbul sahilində partlayıcı yüklənmiş skuter kimə aiddir? | Detallar açıqlandı
İstanbulun Çatalca çimərliyində partlayıcı maddə ilə dolu dəniz skuteri tapılıb. Bu barədə Türkiyə KİV məlumat yayıb.
Bildirilib ki, skuteri çimərliyin növbətçi xilasediciləri aşkar ediblər. Nəqliyyat vasitəsinə yaxınlaşan xilasedicilər onun texnikasının fərqli olduğunu görüb və polis əməkdaşlarına xəbər veriblər.
İlkin araşdırmaya görə, Ukrayna Hərbi Dəniz Qüvvələrinə aid olduğu ehtimal edilən skuter sürüklənərək İstanbulun Çatalca sahilinə çatıb. Skuterin üzərində çoxlu kameralar da olub. Faktla bağlı araşdırma aparılır.
Kopyalandı
Seçilmişlər