İstanbul sakinləri dəhşət yaşadı | Binada bomba partladanlar kimlərdir?
Yeniliklərdən dərhal xəbərdar olun
Türkiyədə, İstanbulda restoran və əyləncə məkanı kimi istifadə edilən iş yerinə partlayıcı qurğunun atılması nəticəsində üçü ağır olmaqla 7 nəfər yaralanıb.
Hürriyət məhəlləsində yerləşən 5 mərtəbəli binanın ikinci mərtəbəsində restoran və əyləncə məkanı kimi istifadə edilən iş yerinə naməlum şəxs və ya şəxslər tərəfindən partlayıcı qurğu atılıb.
Hadisə baş verən ünvana çox sayda polis və təcili yardım maşınları göndərilib. 3-ü ağır olmaqla yaralanan 7 nəfər təcili tibbi yardım maşını ilə xəstəxanalara aparılıb.
Araşdırma qrupları itlərlə avtomobillərin altında və küçədə axtarış aparıb. Ətrafdakı iş yerlərinin təhlükəsizlik kamerası görüntüləri götürülüb. Polis şübhəlilərin tutulması üçün axtarış-əməliyyat işlərinə başlayıb.
#Türkiyə teqi istifadə olunub
- Türkiyədə sosial şəbəkələrə yaş məhdudiyyəti
- Ankara hərəkətə keçdi
- Türkiyədə sosial şəbəkələrlə bağlı yeni qadağa qüvvəyə minir - Baku TV CANLI
- Sosial mediada əməliyyat | Saxta paylaşımla Türkiyə-Azərbaycan qardaşlığı hədəfə alındı - Baku TV
- Ərdoğanla Bayramovun görüşündə hansı məsələlər müzakirə olundu? - Baku TV
