Kadir və “Berat”ın dostluğu | Ailə irsini davam etdirmək üçün…
Bayburtdan olan cirit, at belində nizə atmaq idman növü ilə məşğul olan Kadir Köprücünün öz atı ilə görüntüləri sosial şəbəkədə ajiotaj yaradıb.
Kadir 200 ildir ki, atçılıqlar məşul olan Köprücü ailəsinin üzvüdür. “Berat” adlandırdığı atı ilə qurduğu dostluq münasibətlərinə aid videolar sosial şəbəklərdə maraqla izlənilir.
O, ailə irsini davam etdirmək üçün Kurcakol kəndində bu mədəniyyəti gələcək nəsillərə ötürür. Bu məqsədlə ziyarətçilərin atlarla görüşlərini də təşkil edir.
Bayburt At İdman Klubunun üzvü Kadır Köprücü “Anadolu” agentliyinə müsahibəsində bildirib ki, türk tarixində atların böyük yeri var və bu səbəbdən onlara dəyər vermək lazımdır. “At sevgisini babalarımızdan, atamızdan gördük” , – deyən Kadir “Berat”la fərqli bir bağ qurduqlarını dilə gətirib.
Sosial şəbəkədə çoxsaylı izləyicilərinin olduğunu deyən Kadir at sevdasını insanlara çatdırmaq istəyir. Dolayısı ilə məqsədinə çatdığı üçün məmnundur.