Kamboca Tailandla sərhədə zirehli texnika yerləşdirdi
Kamboca ilə Tailand arasında yaranan gərginlikdən sonra 2 ölkənin sərhədində məskunlaşan 50 minə yaxın insan evindən didərgin düşüb. Hücumlar nəticəsində 70 tailandlı hərbçi yaralanıb, azı 4 nəfər həlak olub.
“Mən döyüşlər səbəbindən evimdən qaçdım. Atışmalar nəticəsində yaşadığım yer viran oldu. Mən, sadəcə, uşaqlarımı və paltarlarımı götürüb evdən çıxmaq məcburiyyətində qaldım”, – məcburi köçkünlərdən biri söyləyib.
Kamboca Silahlı Qüvvələri Tailandla sərhədə “T-55” tankları və çoxsaylı reaktiv yaylım atəş sistemləri yerləşdirib.
Qeyd edək ki, 2 ölkə arasında sərhəddə qarşıdurmalar dekabrın 8-də başlayıb. Bundan sonra Tailand Kamboca ilə sülh danışıqlarından imtina edib və yeni hərbi əməliyyatlara icazə verən qətnamə qəbul edib. Bütün bunların fonunda isə Çin eskalasiyanın daha da böyüməməsi üçün tərəfləri təmkinli olmağa çağırıb.
#Kamboca teqi istifadə olunub
- Kambocanın yeni şəhərsalma strategiyası | Ölkə rəsmisi nələrdən danışdı? - Baku TV
- Bu ölkələr arasında sülh sazişinə nail olmaq üçün addım atıldı
- Baş nazir Anutin Çanvirakun Kambocanın təklifini rədd etdi
- Tailand və kambocalı nümayəndə heyətlərinin görüşü davam edir
- Banqkok görüşün müsbət nəticələr verəcəyinə ümid edir
