Keçmiş prezident siyasi rəqiblərinə işgəncə verməkdə günahkar bilinir
ABŞ Venesuelanın keçmiş prezidenti Nikolas Maduro və həyat yoldaşı Siliya Floresə qarşı yeni ittihamlar elan edib. Onlar hakimiyyəti qorumaq üçün siyasi rəqiblərinə və ABŞ vətəndaşlarına işgəncə verməkdə ittiham olunurlar.
Bildirilir ki, qanunsuz narkotik ticarəti ilə yanaşı, Maduro və həyat yoldaşı siyasi rəqiblərinə işgəncə vermək üçün sui-qəsd törədiblər.
ABŞ prokurorluğunun məlumatına görə, 2013-cü ildə Nikolas Maduro çevriliş hazırlamaqda şübhəli bilinən bir venesuelalı zabitin həbs olunmasını əmr edib. Dindirmə zamanı hərbi əks-kəşfiyyat şöbəsinin əməkdaşları hərbçiyə işgəncə veriblər.
Prokurorluq qeyd edib ki, 2022-ci ildə başqa bir iş baş verib. Venesuela sərhədində ABŞ vətəndaşı saxlanılıb və Maduronu öldürmək üçün sui-qəsddə ittiham olunub. O da işgəncəyə məruz qalıb.
#Nikolas Maduro teqi istifadə olunub
- Maduronun devrilməsindən sonra Venesuelanın neft bazarında böyük dəyişiklik başlayır - Baku TV
- Aylar sonra Maduronun həbsdən ilk görüntüsü yayıldı - Baku TV
- Venesuelada Maduronun adı siyasətlə yanaşı artıq küçələrdən də silinməyə başlayıb - Baku TV
- Maduro ilk dəfə həbsxanadan Venesuela xalqına müraciət edib - Baku TV
- Venesuelada Maduro ilə bağlı aksiya
