Kiyev Vaşinqtonun yeni istəklərini qəbul edəcək, yoxsa...? | Qalmaqallı yazının detalları
“The Wall Street Journal” ABŞ Prezidenti Donald Trampın Ukrayna ilə bağlı yeni resurs razılaşmasının Kiyev üçün qəbuledilməz olduğunu yazır.
Məqalədə bildirilir ki, Vaşinqtonun irəli sürdüyü yeni müqavilə Ukraynaya qarşı son dərəcə sərt şərtlər qoyur və əsas məqsəd Kiyevdən milyardlarla dollarlıq hərbi və maliyyə yardımının geri qaytarılmasını tələb etməkdir.
Sənədə əsasən, Ukrayna resurslarından və infrastruktur layihələrindən əldə edilən gəlirlər Delaver ştatında qeydiyyata alınacaq "ABŞ və Ukraynanın Bərpa İnvestisiya Fondu" adlı quruma yönləndiriləcək.
Ekspertlər bunun ilk növbədə ABŞ-nin maraqlarına xidmət etdiyini bildirir.
Bundan əlavə, Ukraynanın artıq lisenziyalaşdırılmış resurs layihələrinin siyahısını 45 gün ərzində təqdim etməsi tələb olunur. Prezident Aparatının rəhbəri Andrey Yermakın müşaviri Timofey Milovanov isə Ukrayna parlamentinin belə bir razılaşmanı heç vaxt qəbul etməyəcəyini bəyan edib.
Buna baxmayaraq, "Atlantik Şurası" eksperti Reyçel Ritzonun sözlərinə görə, Tramp administrasiyası Kiyevə güclü siyasi təzyiq göstərməyi planlaşdırır. ABŞ-nin Ukraynanı razı salmaq üçün yeni strategiyalar üzərində işlədiyi bildirilir.
#ABŞ teqi istifadə olunub
- Əbu-Dabidə üçtərəfli görüş keçirilə bilər
- ABŞ-nin Əbu-Dabidə təklif etdiyi üçtərəfli texniki görüş nə vaxt keçirilə bilər? - Baku TV CANLI
- ABŞ-Çin arasında böyük sövdələşmə: kim nədə güzəştə gedəcək? - AKTUAL GÜNDƏM
- NATO ölkələri Ukrayna üçün təhlükəsizlik təminatlarını müzakirə edir - Baku TV
- 6100 dollarlıq Həcc paketi bahalaşacaq? | Bu stansiyalar 01:00-a qədər açıq olacaq - YENİ BİR SƏHƏR
