Pleyeri seçin:

Klinton cütlüyü “Epşteyn işi” üzrə ifadə verməyə razı oldular

03 fevral 2026 572 baxış

Sabiq ABŞ prezidenti Bill Klinton və keçmiş dövlət katibi Hillari Klinton maliyyəçi Ceffri Epşteynlə bağlı araşdırma çərçivəsində Nümayəndələr Palatasının nəzarət komitəsi qarşısında ifadə verməyə razılıq veriblər.

Bu barədə “The New York Times” qəzeti məlumat yayıb.

Nəşrin yazdığına görə, Klintonlar Konqresə hörmətsizlik məsələsi üzrə səsverməyə bir neçə gün qalmış respublikaçıların tələblərini qəbul ediblər.

Bildirilir ki, onlar bir neçə ay ərzində komitə sədri Ceyms Komerin çağırışlarına əməl etməkdən imtina edərək istintaqı siyasi motivli adlandırıblar.

Qəzet qeyd edir ki, mövqenin dəyişdirilməsi komitədəki bəzi demokratların da Klintonların əməkdaşlıqdan imtinasına görə cinayət məsuliyyətinə cəlb olunması məsələsində respublikaçıları dəstəkləməsindən sonra baş verib.

Məlumata görə, Bill Klintonun Konqres qarşısında ifadə verməsi, demək olar ki, presedentsiz hadisə olacaq. ABŞ-nin sabiq prezidentləri 1983-cü ildən bəri Konqresdə ifadə verməyiblər.

Komitə araşdırma zamanı Epşteyn və onun tərəfdaşı Gisleyn Maksvellə yüksək vəzifəli demokratlar arasında mümkün əlaqələrə diqqət yetirməyi planlaşdırır. 

Banner
Marko Rubio İranın hazırkı tələblərini "qeyri-ciddi" adlandırdı - Baku TV CANLI

Marko Rubio İranın hazırkı tələblərini "qeyri-ciddi" adlandırdı - Baku TV CANLI

Dünya
10 noyabr 2026 572 baxış
Konkret plan hazırlanıb?

Konkret plan hazırlanıb?

Dünya
10 noyabr 2026 572 baxış
Zelenski Vaşinqtonun və Avropanın mövqeyi ilə bağlı şübhələrini açıqladı - Baku TV CANLI

Zelenski Vaşinqtonun və Avropanın mövqeyi ilə bağlı şübhələrini açıqladı - Baku TV CANLI

Dünya
10 noyabr 2026 572 baxış
Əbu-Dabidəki danışıqlar müharibənin taleyini dəyişə bilərmi? - Baku TV

Əbu-Dabidəki danışıqlar müharibənin taleyini dəyişə bilərmi? - Baku TV

Dünya
10 noyabr 2026 572 baxış
Hökumət dəyişsə, müharibə siyasəti də dəyişəcəkmi? - AKTUAL GÜNDƏM

Hökumət dəyişsə, müharibə siyasəti də dəyişəcəkmi? - AKTUAL GÜNDƏM

Dünya
10 noyabr 2026 572 baxış
Rusiyalı rəsmilər İsrailə niyə gedib?

Rusiyalı rəsmilər İsrailə niyə gedib?

Dünya
10 noyabr 2026 572 baxış
Rusiya raketlərinin izi ilə: Ukrayna kosmosdan nəzarəti necə təmin edəcək? - Baku TV CANLI

Rusiya raketlərinin izi ilə: Ukrayna kosmosdan nəzarəti necə təmin edəcək? - Baku TV CANLI

Dünya
10 noyabr 2026 572 baxış
Netanyahu yeni hökumətə rəhbərlik etmək istəyir

Netanyahu yeni hökumətə rəhbərlik etmək istəyir

Dünya
10 noyabr 2026 572 baxış
“Şəhərin mərkəzində belə şey olar?!” | Çirkab suları sakinləri təngə gətirdi - Baku TV

“Şəhərin mərkəzində belə şey olar?!” | Çirkab suları sakinləri təngə gətirdi - Baku TV

Dünya
10 noyabr 2026 572 baxış
“Mübarizə qızışacaq” | Toqquşan maraqlar: 7 saatlıq görüşün pərdəarxası məqamları - Baku TV

“Mübarizə qızışacaq” | Toqquşan maraqlar: 7 saatlıq görüşün pərdəarxası məqamları - Baku TV

Dünya
10 noyabr 2026 572 baxış
Seçilmişlər
icon