Köçəryanın blokunun üzvləri rüşvət ittihamı ilə saxlanıldı
Ermənistanın Korrupsiyaya Qarşı Mübarizə Komitəsi Spitak şəhərində müxalif “Ermənistan” blokunun ofisində axtarışların aparıldığına dair yerli medianın məlumatını təsdiqləyib.
Qurum seçki ərəfəsində xeyriyyə ianələrinə qoyulan qadağanı pozmaq və seçkilərlə əlaqədar rüşvəti vermək ittihamı ilə bir neçə nəfərin saxlanıldığını bildirib.
Bundan əlavə, şübhəlilərin zorakılıqla hədələməklə eyni bölgə sakinlərinin seçki hüquqlarının sərbəst həyata keçirilməsinə mane olduqları qeyd edilib.
Qurum seçki rüşvətinin verilməsi və alınmasının 7 ildən 8 ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırıldığını xatırladıb:
“Ermənistan Respublikasının Korrupsiyaya Qarşı Mübarizə Komitəsi bu hadisə ilə bağlı cinayət işi açıb, bir sıra şəxsləri saxlayıb, axtarışlar aparıb və digər prosedurları həyata keçirib”.
#Ermənistan teqi istifadə olunub
- Ərdoğan İlham Əliyevin yürütdüyü siyasəti hansı kontekstdə vurğuladı? - Baku TV
- Moskvanın İrəvandakı əsas nümayəndəsi ilə bağlı diqqətçəkən iddia yayılıb - ANA XƏBƏR
- “Tramp yolu” Ermənistan-Rusiya münasibətlərində yeni ziddiyyətləri yaradır? - AKTUAL GÜNDƏM
- Ermənilər üçün işğalın “ən qiymətli” yadigarı | "Həm ağacları məhv edirdilər, həm də..." - Baku TV
- İrəvan Rusiya qazından imtina edib Azərbaycana üz tutacaq? - Baku TV CANLI
