Kosmosa bilet qiymətləri açıqlandı | Neçə uçuş bileti satıldı?
Yeniliklərdən dərhal xəbərdar olun
Çinin “Deep Blue Aerospace” şirkəti 2027-ci ildə kosmosa uçuş həyata keçirməyi planlaşdırır.
Adıçəkilən şirkət 210 min dollar dəyərində iki biletini artıq satıb.
Raket vasitəsilə orbitə yaxın uçuş təşkil etməyi hədəfləyən şirkət 12 dəqiqə davam edəcək bu uçuşun ən azı 5 dəqiqəsində sərnişinləri atmosferdən kənara, xarici kosmosa apararaq çəkisizlik hissini yaşatmağı vəd edir.
Orbitə yaxın uçuşun xüsusi bir kosmos təyyarəsi ilə deyil, raket vasitəsilə həyata keçirilməsi növbəti iki ildə çoxsaylı pilotsuz uçuş sınaqları keçirməyə şərait yaradacaq.
Təkrar istifadə edilə bilən raket texnologiyasının yardımı ilə gələcəkdə bu tip kosmos səyahətlərinin daha münasib qiymətə olacağı proqnozlaşdırılır.
Qeyd edək ki, şirkət gələn ay daha çox bilet satışı həyata keçirməyi planlaşdırır.
#Çin teqi istifadə olunub
- Momoge qoruğunda köçəri quşların təhlükəsizliyi üçün tədbirlər gücləndirilib
- Veyçjou adası yaxınlığında nadir dəniz canlılarının sayı artır
- Strateji dəniz yolundakı tikinti niyə diqqət mərkəzindədir? - Baku TV CANLI
- Pekin və Berlin beynəlxalq nizamın qorunmasında əməkdaşlıq mesajı veriblər
- "Yaxınlaşan kimi ecazkar ətir səni bürüyür" | Turist
