Pleyeri seçin:

Kral ailəsinin personalı eks-prins Endryuya xidmət göstərməkdən imtina edib

05 fevral 2026 51 baxış

Böyük Britaniya Kralı III Çarlzın qardaşı Endryu Mauntbetten-Vindsora xidmət göstərən Sandringem kral mülkünün personalı onunla işləməkdən imtina edib. Buna səbəb eks-prinsin pedofiliyada ittiham olunan amerikalı maliyyəçi Ceffri Epşteynlə dostluğu olub.

Bu barədə “The Sun” qəzeti mənbələrə istinadən yazıb.

Məlumata görə, Epşteynlə əlaqələrinə görə şahzadə və York hersoqu titullarından məhrum edilən Mauntbetten-Vindsor fevralın 3-ü axşam saatlarında İngiltərənin şərqində yerləşən Sandringem mülkünə köçüb. O, bundan əvvəl London yaxınlığındakı Vindzor qəsrinin ərazisində yerləşən Royal Lodge iqamətgahında yaşayırdı.

Qəzetin yazdığına görə, Sandringemdə çalışan işçilərə kralın qardaşı ilə işləməkdən narahatlıq keçirəcəkləri halda, bu vəzifədən imtina etmək imkanı verilib. Mənbə bildirib ki, artıq bu imkandan istifadə edənlərin uzun siyahısı formalaşıb.

“The Sun”un başqa bir mənbəsi qeyd edib: “Onunla illərlə işləyən insanlar işdən ayrılıb. Ən yaxşı halda minimal heyət qalacaq. Ola bilsin ki, həyatında ilk dəfə qonaqlara qapını özü açmalı olacaq”.

Hazırda 65 yaşlı Mauntbetten-Vindsor Sandringem ərazisində yerləşən Wood Farm kottecində yaşayır. Gözlənilir ki, o, aprel ayından etibarən eyni mülkdə yerləşən “Marsh Farm” adlı fermaya köçəcək. 

ABŞ Venesuela Prezidentini necə ələ keçirdi? - Baku TV

ABŞ Venesuela Prezidentini necə ələ keçirdi? - Baku TV

Dünya
05 fevral 2026 51 baxış
BMT-nin baş katibindən diqqətçəkən bəyanat

BMT-nin baş katibindən diqqətçəkən bəyanat

Dünya
05 fevral 2026 51 baxış
Ukraynanın 153 bölgəsinə zərbələr endirildi

Ukraynanın 153 bölgəsinə zərbələr endirildi

Dünya
05 fevral 2026 51 baxış
Vens Tramp administrasiyasının Rusiya ilə əməkdaşlığa hazır olduğunu bəyan edib

Vens Tramp administrasiyasının Rusiya ilə əməkdaşlığa hazır olduğunu bəyan edib

Dünya
05 fevral 2026 51 baxış
İranın şərti Trampın səbrini daşırdı | İstanbul görüşü yerinə savaşa hazırlıq gedir? - Baku TV

İranın şərti Trampın səbrini daşırdı | İstanbul görüşü yerinə savaşa hazırlıq gedir? - Baku TV

Dünya
05 fevral 2026 51 baxış
ABŞ və İran arasında gərginlik yenidən artır? - Baku TV CANLI

ABŞ və İran arasında gərginlik yenidən artır? - Baku TV CANLI

Dünya
05 fevral 2026 51 baxış
Zelenski Əbu-Dabidə keçirilən danışıqların hesabatını açıqladı

Zelenski Əbu-Dabidə keçirilən danışıqların hesabatını açıqladı

Dünya
05 fevral 2026 51 baxış
Marko Rubio Əbu-Dabidəki üçtərəfli danışıqları şərh edib

Marko Rubio Əbu-Dabidəki üçtərəfli danışıqları şərh edib

Dünya
05 fevral 2026 51 baxış
Rusiyanın hücumundan sonra səfirlər Kiyevdə

Rusiyanın hücumundan sonra səfirlər Kiyevdə

Dünya
05 fevral 2026 51 baxış
"Leo" fırtınasından sonra daşqınlar baş verib

"Leo" fırtınasından sonra daşqınlar baş verib

Dünya
05 fevral 2026 51 baxış
Seçilmişlər
icon