Pleyeri seçin:

Livanın cənubunda yaradılacaq "pilot zonaları" ilə bağlı müzakirələr

25 iyun 2026 196 baxış

ABŞ, Livan və İsrailin hərbi nümayəndə heyətləri Vaşinqtonda keçirilən danışıqlarda Livanın cənubunda hazırda İsrailin nəzarətində olan ərazilərdə yaradılması planlaşdırılan "pilot zonaları"nın coğrafi sərhədlərini müzakirə edirlər.

Livan Prezident Administrasiyasının yaydığı məlumata görə, danışıqların beşinci raundu çərçivəsində keçirilən üçtərəfli görüşdə bu zonaların yaradılması istiqamətində irəliləyiş əldə olunub.

Bildirilib ki, İsrail qoşunları həmin ərazilərdən çıxarıldıqdan sonra "pilot zonaları" Livan Ordusunun nəzarətinə veriləcək. Hazırda tərəflər zonaların sərhədləri və əldə olunan razılaşmaların həyata keçirilməsi mexanizmini müzakirə edirlər.

Qeyd edək ki, "pilot zonaları"nın yaradılması təşəbbüsü ABŞ tərəfindən iyunun 2-3-də Vaşinqtonda keçirilən danışıqların dördüncü raundunda irəli sürülüb. Layihəyə əsasən, Livan Ordusu bu ərazilərdə təhlükəsizliyi təmin etmək və "Hizbullah" hərəkatının mümkün fəaliyyətinin qarşısını almaq qabiliyyətini nümayiş etdirməlidir. Təşkilatın silahlı qüvvələrinin Litani çayının cənubundan tam çıxması nəzərdə tutulur.

Bundan əvvəl Livan Prezidenti Cozef Aun bəyan etmişdi ki, Vaşinqtondakı danışıqlar atəşkəs rejiminin möhkəmləndirilməsi, İsrail qoşunlarının çıxarılması, Livan ordusunun yerləşdirilməsi və müharibədən sonrakı bərpa prosesinin başlanmasına yönəlib.

#Livan Ordusu teqi istifadə olunub

İran və Misirin XİN rəhbərləri arasında kritik müzakirə baş tutdu - Baku TV CANLI

İran və Misirin XİN rəhbərləri arasında kritik müzakirə baş tutdu - Baku TV CANLI

Dünya
23 avqust 2026 196 baxış
Rusiyanın Ukraynaya hücumu zamanı yaşananlar rezonans doğurdu - Baku TV CANLI

Rusiyanın Ukraynaya hücumu zamanı yaşananlar rezonans doğurdu - Baku TV CANLI

Dünya
23 avqust 2026 196 baxış
Pezeşkiandan ABŞ-yə sərt mesaj: İran müqavimətini davam etdirəcək - Baku TV

Pezeşkiandan ABŞ-yə sərt mesaj: İran müqavimətini davam etdirəcək - Baku TV

Dünya
23 avqust 2026 196 baxış
Artan mənfəət fonunda neft şirkətlərinə vergi tətbiq oluna bilər

Artan mənfəət fonunda neft şirkətlərinə vergi tətbiq oluna bilər

Dünya
23 avqust 2026 196 baxış
250 mindən çox abonent elektrik enerjisiz qaldı

250 mindən çox abonent elektrik enerjisiz qaldı

Dünya
23 avqust 2026 196 baxış
Pezeşkiandan ABŞ-yə sərt mesaj: ABŞ İranın süqut edəcəyini düşünürdü - Baku TV CANLI

Pezeşkiandan ABŞ-yə sərt mesaj: ABŞ İranın süqut edəcəyini düşünürdü - Baku TV CANLI

Dünya
23 avqust 2026 196 baxış
Uzunqulaqlar yanğınlara qarşı necə mübarizə aparır?

Uzunqulaqlar yanğınlara qarşı necə mübarizə aparır?

Dünya
23 avqust 2026 196 baxış
Rusiya ordusu Kiyev və Zaporojyeyə zərbə endirdi - Baku TV CANLI

Rusiya ordusu Kiyev və Zaporojyeyə zərbə endirdi - Baku TV CANLI

Dünya
23 avqust 2026 196 baxış
İsveçdə məktəb hücumundan sonra istintaq yeni təfərrüatları üzə çıxardı - Baku TV CANLI

İsveçdə məktəb hücumundan sonra istintaq yeni təfərrüatları üzə çıxardı - Baku TV CANLI

Dünya
23 avqust 2026 196 baxış
Almaniya uzaqmənzilli arsenalını genişləndirir

Almaniya uzaqmənzilli arsenalını genişləndirir

Dünya
23 avqust 2026 196 baxış
Seçilmişlər
icon