Pleyeri seçin:

Madriddəki qandonduran hadisənin təfərrüatı | Qatil saxlanıldı, yoxsa...?

21 may 2025 711 baxış

Ukraynanın sabiq prezidenti Viktor Yanukoviçin administrasiya rəhbərinin müavini Andrey Portnov İspaniyanın Madrid yaxınlığında yerləşən Posuelo de Alarkon şəhərində güllələnib.

Bu barədə “Cadena SER” radiostansiyası məlumat yayıb.

İspan mənbələrinin verdiyi məlumata görə, A.Portnov beş güllə yarası alıb, dördü sinəsinə, biri isə başına dəyib.

Hadisə yerli məktəbin girişində baş verib. ABC nəşri dəqiqləşdirir ki, hücum edən şəxs hadisə yerindən qaçıb və hazırda polis onu axtarır.

“Cadena SER”in mənbələri bildirir ki, qatil A.Portnovu motosikletdə gözləyirmiş. A.Portnov yaxınlaşan kimi hücum edən şəxs atəş açaraq hadisə yerindən uzaqlaşıb.

Andrey Portnov keçmişdə V.Yanukoviçin yaxın ətrafında yer alıb və dövlət vəsaitlərinin təyinatı üzrə istifadə edilməməsi, eləcə də insan haqlarının pozulması ittihamları ilə Avropa İttifaqının sanksiyalar siyahısına salınıb.

Daha sonra bu ittihamlardan bəraət alsa da, Ukrayna xüsusi xidmət orqanları onun Rusiya ilə mümkün əlaqələrinə dair araşdırmanı davam etdirirdi.

A.Portnov həmçinin 2006-cı ildə Yuliya Timoşenko blokunun siyahısı ilə Ukrayna Ali Radasına deputat seçilib. Qətllə bağlı istintaq davam edir. Hadisənin motivləri hələlik rəsmi şəkildə açıqlanmayıb.

Banner
Marko Rubio İranın hazırkı tələblərini "qeyri-ciddi" adlandırdı - Baku TV CANLI

Marko Rubio İranın hazırkı tələblərini "qeyri-ciddi" adlandırdı - Baku TV CANLI

Dünya
10 noyabr 2026 711 baxış
Konkret plan hazırlanıb?

Konkret plan hazırlanıb?

Dünya
10 noyabr 2026 711 baxış
Zelenski Vaşinqtonun və Avropanın mövqeyi ilə bağlı şübhələrini açıqladı - Baku TV CANLI

Zelenski Vaşinqtonun və Avropanın mövqeyi ilə bağlı şübhələrini açıqladı - Baku TV CANLI

Dünya
10 noyabr 2026 711 baxış
Əbu-Dabidəki danışıqlar müharibənin taleyini dəyişə bilərmi? - Baku TV

Əbu-Dabidəki danışıqlar müharibənin taleyini dəyişə bilərmi? - Baku TV

Dünya
10 noyabr 2026 711 baxış
Hökumət dəyişsə, müharibə siyasəti də dəyişəcəkmi? - AKTUAL GÜNDƏM

Hökumət dəyişsə, müharibə siyasəti də dəyişəcəkmi? - AKTUAL GÜNDƏM

Dünya
10 noyabr 2026 711 baxış
Rusiyalı rəsmilər İsrailə niyə gedib?

Rusiyalı rəsmilər İsrailə niyə gedib?

Dünya
10 noyabr 2026 711 baxış
Rusiya raketlərinin izi ilə: Ukrayna kosmosdan nəzarəti necə təmin edəcək? - Baku TV CANLI

Rusiya raketlərinin izi ilə: Ukrayna kosmosdan nəzarəti necə təmin edəcək? - Baku TV CANLI

Dünya
10 noyabr 2026 711 baxış
Netanyahu yeni hökumətə rəhbərlik etmək istəyir

Netanyahu yeni hökumətə rəhbərlik etmək istəyir

Dünya
10 noyabr 2026 711 baxış
“Şəhərin mərkəzində belə şey olar?!” | Çirkab suları sakinləri təngə gətirdi - Baku TV

“Şəhərin mərkəzində belə şey olar?!” | Çirkab suları sakinləri təngə gətirdi - Baku TV

Dünya
10 noyabr 2026 711 baxış
“Mübarizə qızışacaq” | Toqquşan maraqlar: 7 saatlıq görüşün pərdəarxası məqamları - Baku TV

“Mübarizə qızışacaq” | Toqquşan maraqlar: 7 saatlıq görüşün pərdəarxası məqamları - Baku TV

Dünya
10 noyabr 2026 711 baxış
Seçilmişlər
icon