Maskın ABŞ hökumətində varlığı kimləri narahat edir? | Görünməmiş aksiya
ABŞ-nin paytaxtı Vaşinqton etiraz sədalarına bürünüb.
Daha dəqiq desək, Kolumbiya dairəsində bir qrup insan “Tesla” şirkətinin diler mərkəzinin yaxınlığına toplaşıb.
Bəzi etiraz lövhələrində İlon Maskın fotosu və “mən sizdən oğurlayıram” sözləri əks olunub.
Maraqlı məqamlardan biri odur ki, aksiyaçılar etirazlarını rəqs edərək ifadə ediblər. Ərazidən keçən avtomobillərdən isə siqnal verməkləri xahiş olunub.
Etirazçıların əsas narahatlığı İlon Mask və Donald Trampın yaxınlığıdır. Onların fikrincə, bu dostluq və qəbul edilən qərarlar Amerikadakı demokratiyanı, ümumiyyətlə, Birləşmiş Ştatların dünyadakı mövqeyini sarsıdır.
“Biz bu avtoritar rejimə qarşıyıq” kimi şüarlar da səsləndirilib. Vaşinqton sakinləri etiraz edən bir vaxtda D.Tramp və İ.Mask Filadelfiyada tələbələrin güləş çempionatına baxıb.
#ABŞ teqi istifadə olunub
- Vaşinqton hərbi ehtiyatların bərpası üçün milyardlarla dollar əlavə vəsait istəyir - Baku TV CANLI
- Tramp Yaxın Şərqdə gərginliyi azaldacaq razılaşmadan danışdı
- Qəzza üçün təklif edilən 20 maddəlik sülh planının detalları açıqlandı - Baku TV
- Bağdad ABŞ və Səudiyyə addımlarından sonra təhlükəsizlik iclası keçirdi - Baku TV CANLI
- Tramp razılaşma əldə olunduğunu bəyan etdi
