Pleyeri seçin:

Mehmet Zeki Çanakçı İmamoğlu haqqında faktlardan danışdı | Buna imkan vermədilər...

31 mart 2025 617 baxış

İstanbul bələdiyyəsində korrupsiya və rüşvətxorluq cinayətlərində təqsirləndirilən şəxslərə qarşı aparılan istintaq zamanı “şahid” ifadələrinə yenisi əlavə edilib.

Bu barədə iqtidara yaxınlığı ilə bilinən “Sabah” qəzeti məlumat yayıb.

İstintaq çərçivəsində açıq şahid olaraq ifadə verən adlardan biri, 2009 və 2016-cı illərdə İstanbulun Beylikdüzü rayon bələdiyyəsində müavin vəzifəsində çalışan Mehmet Zeki Çanakçı Ekrem İmamoğluna qarşı istintaqda yeni faktlar açıqlayıb.

M.Z.Çanakçı Beylikdüzü bələdiyyəsində tenderlərin keçirilməsi zamanı ciddi qanun pozuntularına yol verildiyini bildirib.

O, xüsusilə bələdiyyəyə aid torpaq sahəsinin satışa çıxarılması zamanı iştirak edən firmalar arasında, əslində, tender keçirilməsini və korrupsiya faktlarının mövcud olduğunu vurğulayıb.

Məbləği 200 milyona çatdırmaq üçün “Vira” layihəsinin tenderini açıq tenderə qoyduğunu və tenderin bu məbləğə çatmasını təmin etdiyini bildirən M.Z.Çanakçı “nədənsə tenderi Gül İnşaat qazandı” deyə söyləyib:

“Mən tender elan olunduqdan sonra kadastrın verilib-verilmədiyi, tenderdə elan olunan məbləğin 35 %-nin köçürülüb-küçürülmədiyini araşdıracaqdım. Lakin buna imkan vermədilər. Ekrem İmamoğlu vasitəsilə Adem Soytekinlə tanış oldum. O, əvvəllər E.İmamoğlunun adamı olub.

Bununla belə, ona çoxlu vəzifələr verilib. Adəm Soytekin həm də Ekrem İmamoğlunun “kassa”sı sayılır. Fatih Keleş də E.İmamoğlunun “kassa”larından biridir. Bələdiyyənin tenderlərindən qabaqcadan 10 faiz komissiya alınmışdı və bu pulu Fatih Keleş toplayacaqdı. Pulun hara getdiyini bilmirəm. E.İmamoğlunun bu işdə iştirak edən ən yaxın adamlarından biri Turan Taşkın Özer hazırda CHP millət vəkilidir. O, həmin vaxt E.İmamoğlunun qəbul otağının müdiri olub”.

“Mehmet Murat Çalık Fatih Keleş və Adem Soytekinlə birlikdə hərəkət edirlər”, – deyə M.Z.Çanakçı sonda bildirib.

Köhnə qitədə yeni savaş anonsu | Moskvanın növbəti hədəfi Avropadır? - BAKU TV CANLI

Köhnə qitədə yeni savaş anonsu | Moskvanın növbəti hədəfi Avropadır? - BAKU TV CANLI

Dünya
24 sentyabr 2026 617 baxış
Ərdoğandan Afinaya mesaj

Ərdoğandan Afinaya mesaj

Dünya
24 sentyabr 2026 617 baxış
Qırğızıstanda növbəti prezident seçkilərinin tarixi məlum oldu - Baku TV CANLI

Qırğızıstanda növbəti prezident seçkilərinin tarixi məlum oldu - Baku TV CANLI

Dünya
24 sentyabr 2026 617 baxış
Brüssel İrəvanın Avropa bazarına çıxışını asanlaşdıracaq güzəştləri təsdiqləyib - ANA XƏBƏR

Brüssel İrəvanın Avropa bazarına çıxışını asanlaşdıracaq güzəştləri təsdiqləyib - ANA XƏBƏR

Dünya
24 sentyabr 2026 617 baxış
Rusiya Ermənistanın xarici siyasətində nəyi dəyişmək istəyir? - Baku TV CANLI

Rusiya Ermənistanın xarici siyasətində nəyi dəyişmək istəyir? - Baku TV CANLI

Dünya
24 sentyabr 2026 617 baxış
Duman və buludlar dağlıq ərazilərdə qeyri-adi mənzərə formalaşdırıb

Duman və buludlar dağlıq ərazilərdə qeyri-adi mənzərə formalaşdırıb

Dünya
24 sentyabr 2026 617 baxış
BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı vəziyyətin ağırlaşdığını bildirir

BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı vəziyyətin ağırlaşdığını bildirir

Dünya
24 sentyabr 2026 617 baxış
Yaxın Şərqdəki münaqişə beynəlxalq səyahət tələbinə təsir göstərir

Yaxın Şərqdəki münaqişə beynəlxalq səyahət tələbinə təsir göstərir

Dünya
24 sentyabr 2026 617 baxış
İran rəsmisi Trampın Tehrana qarşı siyasətini tənqid edib

İran rəsmisi Trampın Tehrana qarşı siyasətini tənqid edib

Dünya
24 sentyabr 2026 617 baxış
Ankara və Bağdad arasında təhlükəsizlik və əməkdaşlıq mövzuları müzakirə edilib

Ankara və Bağdad arasında təhlükəsizlik və əməkdaşlıq mövzuları müzakirə edilib

Dünya
24 sentyabr 2026 617 baxış
Seçilmişlər
icon