Meksikada pirotexniki vasitələr anbarındakı partlayışda çox sayda insan həlak olub - Baku TV
Meksikanın Mexiko ştatının Temaskalsinqo şəhərində pirotexniki vasitələrin partlayışı səbəbindən doqquz nəfər ölüb, 24 nəfər yaralanıb.
Bu barədə ştatın Mülki Müdafiə orqanının rəhbəri Adrian Ernandes Romero məlumat verib.
Pirotexniki vasitələr Santa-Mariya kilsəsinə bitişik binada saxlanılıb. Məlumata görə, pirotexniki vasitələrin saxlanıldığı binanın damı uçaraq içəridəki insanların üzərinə düşüb. Səkkiz nəfər hadisə yerində, bir nəfər isə xəstəxanada həyatını itirib.
Məlumata görə, partlayış zamanı kilsədə dini bayram qeyd edilirdi və binada izdiham var idi.
Hadisə yerinə Mülki Müdafiə Qüvvələri, Mexiko şəhərinin Qəza-Xilasetmə Dövlət Xidməti, Milli Fövqəladə Hallar Komissiyası və ştat polisi cəlb edilib. Partlayışla bağlı araşdırmalar aparılır.
#Meksika teqi istifadə olunub
- Saatda 230 kilometr sürətli küləklərlə müşayiət olunan qasırğa yaxınlaşır
- ABŞ Meksika ilə sərhəddə imkanlarını genişləndirir | Hərbçilər burada nə edəcək? - Baku TV
- “Polo” Meksikanı vurub, güclənən “Rachel” isə sahillərdə ikinci fırtına təhlükəsi yaradır
- Hikmət Hacıyev diplomatik nümayəndəliklərə çağırış etdi - Baku TV
- Şuşada Meksikanın müstəqillik günü qeyd olunur - Baku TV
