Pleyeri seçin:

Mən illərdir bu məsələ üzərində işləyirəm... | Blekberndən sensasiyalı açıqlama

03 fevral 2025 521 baxış

Donald Trampın Ağ Evə qayıdışı ictimaiyyətə Cefri Epşteynin çoxdan gözlənilən “qara kitab”ı ilə tanış olmaq imkanı verə bilər.

Çünki mərhum maliyyəçi və insan alverində ittiham olunan C.Epşteyn haqqında suallar Nyu-Yorkdakı federal həbsxanada şübhəli şəkildə ölü tapılmasından illər sonra da ortaya çıxmağa davam edir.

Bu barədə “Fox News” kanalı maraqlı məlumat yayıb.

Tennessi ştatından olan respublikaçı senator Marşa Blekbern hökuməti uzun müddətdir C.Epşteyn və onun mümkün şəriklərinə qarşı daha çox sübutu açıqlamağa çağırır. O bu məsələni cümə axşamı Senatda keçirilən dinləmələr zamanı D.Trampın Federal Təhqiqatlar Bürosunun (FBI) direktoru vəzifəsinə namizədi Keş Patel qarşısında qaldırıb.

“Mən illərdir bu məsələ üzərində işləyirəm. C.Epşteynin təyyarəsində kimlərin uçduğunu və ona beynəlxalq insan alveri və cinsi istismar şəbəkəsini qurmağa kimin kömək etdiyini öyrənməyə çalışıram”, – deyə M.Blekbern bildirib.

Onun sözlərinə görə, senator Dik Durbinin bu informasiyanı araşdırması üçün keçmiş cəhdləri nəticəsiz qalıb və FBI-ın keçmiş direktoru Kristofer Rey həmin məlumatları təqdim etməkdən imtina edib.

Xatırladaq ki, Cefri Epşteyn 2019-cu ilin avqustunda Nyu-Yorkdakı federal həbsxanada məhkəməsini gözləyərkən intihar edib. O, onlarla qıza qarşı cinsi zorakılıqda ittiham olunurdu. C.Epşteynin “qara siyahı”sında bir çox məşhurların, o cümlədən Demokrat Partiyasından olan siyasətçilərin adı keçdiyi söylənilir.

Banner
Marko Rubio İranın hazırkı tələblərini "qeyri-ciddi" adlandırdı - Baku TV CANLI

Marko Rubio İranın hazırkı tələblərini "qeyri-ciddi" adlandırdı - Baku TV CANLI

Dünya
10 noyabr 2026 521 baxış
Konkret plan hazırlanıb?

Konkret plan hazırlanıb?

Dünya
10 noyabr 2026 521 baxış
Zelenski Vaşinqtonun və Avropanın mövqeyi ilə bağlı şübhələrini açıqladı - Baku TV CANLI

Zelenski Vaşinqtonun və Avropanın mövqeyi ilə bağlı şübhələrini açıqladı - Baku TV CANLI

Dünya
10 noyabr 2026 521 baxış
Əbu-Dabidəki danışıqlar müharibənin taleyini dəyişə bilərmi? - Baku TV

Əbu-Dabidəki danışıqlar müharibənin taleyini dəyişə bilərmi? - Baku TV

Dünya
10 noyabr 2026 521 baxış
Hökumət dəyişsə, müharibə siyasəti də dəyişəcəkmi? - AKTUAL GÜNDƏM

Hökumət dəyişsə, müharibə siyasəti də dəyişəcəkmi? - AKTUAL GÜNDƏM

Dünya
10 noyabr 2026 521 baxış
Rusiyalı rəsmilər İsrailə niyə gedib?

Rusiyalı rəsmilər İsrailə niyə gedib?

Dünya
10 noyabr 2026 521 baxış
Rusiya raketlərinin izi ilə: Ukrayna kosmosdan nəzarəti necə təmin edəcək? - Baku TV CANLI

Rusiya raketlərinin izi ilə: Ukrayna kosmosdan nəzarəti necə təmin edəcək? - Baku TV CANLI

Dünya
10 noyabr 2026 521 baxış
Netanyahu yeni hökumətə rəhbərlik etmək istəyir

Netanyahu yeni hökumətə rəhbərlik etmək istəyir

Dünya
10 noyabr 2026 521 baxış
“Şəhərin mərkəzində belə şey olar?!” | Çirkab suları sakinləri təngə gətirdi - Baku TV

“Şəhərin mərkəzində belə şey olar?!” | Çirkab suları sakinləri təngə gətirdi - Baku TV

Dünya
10 noyabr 2026 521 baxış
“Mübarizə qızışacaq” | Toqquşan maraqlar: 7 saatlıq görüşün pərdəarxası məqamları - Baku TV

“Mübarizə qızışacaq” | Toqquşan maraqlar: 7 saatlıq görüşün pərdəarxası məqamları - Baku TV

Dünya
10 noyabr 2026 521 baxış
Seçilmişlər
icon