Pleyeri seçin:
Mersində fabriki alov bürüdü | Hadisə yerindən dəhşətə gətirən görüntülər
Türkiyənin Mersin bölgəsinin Toroslar rayonunda səs və görüntü sistemləri istehsal edən fabrikdə yanğın baş verib.
Məlumata əsasən, hadisə yerinə təcili tibbi yardım, polis, yanğınsöndürən briqadaları göndərilib.
Bəzi yerlərdə partlayış səslərinin eşidildiyi bildirilib. Fabrikin yerləşdiyi ərazi istiqamətində nəqliyyatın hərəkəti dayandırılıb.
Yanğının qarşısının alınması istiqamətində əməliyyat davam edir.
Bildirilib ki, yanğının səbəbi hələlik məlum deyil.
Kopyalandı
