Pleyeri seçin:

Məşhurların ölümündəki əlaqə səs-küy yaratdı | Həkim hər şeyi danışdı

04 aprel 2025 511 baxış

Məlum olduğu kimi, Türkiyənin Qara dəniz musiqisinin nəhəng səsi Volkan Konak Kiprdə bayram konserti zamanı infarkt keçirərək 58 yaşında dünyasını dəyişib.

6 ay əvvəl səhnədə halı pisləşərək xəstəxanaya yerləşdirilən sənətçi Metin Arolat da 52 yaşında dünyasını dəyişib. Digər bir sənət adamı Zeki Müren də 1996-cı ildə TRT İzmir Televiziyasında onun üçün təşkil edilən mərasimdə infarkt keçirərək dünyasını dəyişib.

Səhnədə oxşar taleyi paylaşaraq həyatını itirən sənətçilərin ardınca bu qəfil ölümlərin arxasında nələr dayanır sualı ağıla gəlir.

Artan adrenalin səviyyəsi ürək dərəcəsini artıraraq ani infarktlara səbəb ola bilər. Başqa bir səbəb yuxusuzluq və həddindən artıq yorğunluq ola bilər.

Türkiyəli kardioloq həkim İsmayıl Ateş səhnədə infarkt keçirmə səbəbləri və alınması lazım olan tədbirlərdən danışıb.

Onun sözlərinə görə, bu riskin əsas səbəbləri arasında güclü stres və həyəcandır:

“Səhnə çıxışları böyük fiziki və emosional təzyiq yaradır. Uzun davam edən məşqlər və gecə konsertləri yuxu rejimini poza və ürək sağlamlığına mənfi təsir göstərə bilər. Qeyri-müntəzəm və qeyri-sağlam qidalanma da ürəyi yoran mühüm amillərdəndir.

Qapalı və sıx işıqlandırılan mühitlər də bu riskə səbəb ola bilər. Səhnə işıqları və havasız konsert məkanları susuzluğa və oksigen çatışmazlığına səbəb ola bilər. Bu isə ürəyi daha çox yükləyir”.

Bundan əlavə, səhnə çıxışından öncə qəbul edilən enerji içkiləri, həddindən artıq kofein və fastfud kimi hazır qidalar ürək damarlarını gərginləşdirərək infarkt riskini artırır.

Mütəxəssis bildirib ki, COVID-19 keçirmiş şəxslərdə ürək damarlarında qan laxtalanması, iltihablanma və ani ürək krizi riski arta bilər:

“Bu vəziyyət COVID-19 xəstəliyinin özünə bağlı bir haldır. Tətbiq olunan peyvəndlərə dair isə vətəndaşların ağlında çoxlu suallar yaranıb. Bu barədə dəqiq bir məlumat olmamaqla yanaşı, COVID-19 sonrası bəzi peyvəndlərin nadir hallarda ürək iltihabı kimi yan təsirlərə səbəb ola biləcəyi bildirilir”.

Həkim gizli ürək xəstəliklərinin və hipertoniyanın uzun müddət fərq edilmədən irəliləyə biləcəyini və stresli vəziyyətlərdə ani krizlərə səbəb ola biləcəyini vurğulayıb.

Banner
Marko Rubio İranın hazırkı tələblərini "qeyri-ciddi" adlandırdı - Baku TV CANLI

Marko Rubio İranın hazırkı tələblərini "qeyri-ciddi" adlandırdı - Baku TV CANLI

Dünya
10 noyabr 2026 511 baxış
Konkret plan hazırlanıb?

Konkret plan hazırlanıb?

Dünya
10 noyabr 2026 511 baxış
Zelenski Vaşinqtonun və Avropanın mövqeyi ilə bağlı şübhələrini açıqladı - Baku TV CANLI

Zelenski Vaşinqtonun və Avropanın mövqeyi ilə bağlı şübhələrini açıqladı - Baku TV CANLI

Dünya
10 noyabr 2026 511 baxış
Əbu-Dabidəki danışıqlar müharibənin taleyini dəyişə bilərmi? - Baku TV

Əbu-Dabidəki danışıqlar müharibənin taleyini dəyişə bilərmi? - Baku TV

Dünya
10 noyabr 2026 511 baxış
Hökumət dəyişsə, müharibə siyasəti də dəyişəcəkmi? - AKTUAL GÜNDƏM

Hökumət dəyişsə, müharibə siyasəti də dəyişəcəkmi? - AKTUAL GÜNDƏM

Dünya
10 noyabr 2026 511 baxış
Rusiyalı rəsmilər İsrailə niyə gedib?

Rusiyalı rəsmilər İsrailə niyə gedib?

Dünya
10 noyabr 2026 511 baxış
Rusiya raketlərinin izi ilə: Ukrayna kosmosdan nəzarəti necə təmin edəcək? - Baku TV CANLI

Rusiya raketlərinin izi ilə: Ukrayna kosmosdan nəzarəti necə təmin edəcək? - Baku TV CANLI

Dünya
10 noyabr 2026 511 baxış
Netanyahu yeni hökumətə rəhbərlik etmək istəyir

Netanyahu yeni hökumətə rəhbərlik etmək istəyir

Dünya
10 noyabr 2026 511 baxış
“Şəhərin mərkəzində belə şey olar?!” | Çirkab suları sakinləri təngə gətirdi - Baku TV

“Şəhərin mərkəzində belə şey olar?!” | Çirkab suları sakinləri təngə gətirdi - Baku TV

Dünya
10 noyabr 2026 511 baxış
“Mübarizə qızışacaq” | Toqquşan maraqlar: 7 saatlıq görüşün pərdəarxası məqamları - Baku TV

“Mübarizə qızışacaq” | Toqquşan maraqlar: 7 saatlıq görüşün pərdəarxası məqamları - Baku TV

Dünya
10 noyabr 2026 511 baxış
Seçilmişlər
icon