Pleyeri seçin:

Minlərlə insanı həyatından edən Çernobıl faciəsi

26 aprel 2023 945 baxış

Ukraynanın Pripyat şəhərində yerləşən Çernobıl atom-elektrik stansiyasında baş vermiş dəhşətli faciədən 37 il ötür.

Xatırladaq ki, 1986-cı il aprelin 26-da Çernobıl atom-elektrik stansiyasının 4-cü enerji blokunda yanğın baş verib. Yanğın genişlənib və digər üç bloka da yayılıb. Hadisə nəticəsində insan həyatı üçün təhlükəli olan radioaktiv duman ətrafı bürüyüb. 17 milyon insanın yaşadığı 11 rayonun atmosferi radioaktiv maddələrlə çirklənib. Hadisənin mühəndislərin diqqətsizliyi və texniki problemlər səbəbindən baş verdiyi deyilir. Stansiya partlayandan sonra yaranmış radioaktiv buludun böyük hissəsi Şərqi Avropaya doğru hərəkət etsə də, külək “ölüm buludu”nun digər hissəsini cənuba doğru sürükləyib.

Faciə nəticəsində Ukraynada 4 400 nəfər həlak olub. Həlak olanların əksəriyyəti xilasetmə məqsədilə əraziyə göndərilən işçilər olub. Ümumilikdə isə 7 000-ə yaxın insan həyatını itirib, 25 min nəfər ömürlük şikəst qalıb, onminlərlə insanın səhhətində ciddi xəstəliklər aşkarlanıb. 1986-cı ildə dəstək üçün Azərbaycandan da Çernobıl ərazisinə 7 000 nəfər xilasedici göndərilmişdi. Onlardan 2 000 nəfəri güclü şüa qəbul etdikləri üçün həyatını itirib.

Çernobıl faciəsindən sonra fəlakət bölgəsində doğulan uşaqların 90%-də fiziki məhdudiyyətlər qeydə alınıb. Hadisənin üzərindən 37 il keçməsinə baxmayaraq, onun fəsadları hələ də Avropanı tərk etməyib.

Qeyd edək ki, dünyada baş vermiş ən dəhşətli 2 nüvə hadisəsindən biri hesab olunan Çernobıl hadisəsi Beynəlxalq Nüvə Hadisələri Şkalasında maksimum şiddəti ifadə edən 7-ci səviyyə ilə qiymətləndirilir. Baş verən 2-ci dəhşətli nüvə hadisəsi isə Yaponiyanın Fukuşima ərazisində qeydə alınan partlayış hesab olunur.

Banner
Dünya Bankı süni intellektin gələcəyi ilə bağlı proqnoz verib

Dünya Bankı süni intellektin gələcəyi ilə bağlı proqnoz verib

Dünya
16 oktyabr 2026 945 baxış
Türkiyə zərbə PUA-sı yeni imkan qazanır: adi bombanı idarəolunan silaha çevirən sistem

Türkiyə zərbə PUA-sı yeni imkan qazanır: adi bombanı idarəolunan silaha çevirən sistem

Dünya
16 oktyabr 2026 945 baxış
İstanbulda baş verən sel fəlakəti nəticəsində köməksiz qalan 3055 nəfərin xilas edildi - Baku TV

İstanbulda baş verən sel fəlakəti nəticəsində köməksiz qalan 3055 nəfərin xilas edildi - Baku TV

Dünya
16 oktyabr 2026 945 baxış
Uqandada Ebola virusuna qarşı yeni peyvəndin tədqiqi planlaşdırılır

Uqandada Ebola virusuna qarşı yeni peyvəndin tədqiqi planlaşdırılır

Dünya
16 oktyabr 2026 945 baxış
Tramp və Putin arasında gizli razılaşma iddiası | Ukrayna Ordusu niyə çətinlik yaşayır? - Baku TV

Tramp və Putin arasında gizli razılaşma iddiası | Ukrayna Ordusu niyə çətinlik yaşayır? - Baku TV

Dünya
16 oktyabr 2026 945 baxış
Moskvaya kütləvi dron hücumundan sonra bütün hava limanlarında uçuşlar dayandırılıb

Moskvaya kütləvi dron hücumundan sonra bütün hava limanlarında uçuşlar dayandırılıb

Dünya
16 oktyabr 2026 945 baxış
Narkokartellərə qarşı mübarizədə yeni mərhələ başlayır?

Narkokartellərə qarşı mübarizədə yeni mərhələ başlayır?

Dünya
16 oktyabr 2026 945 baxış
Rusiyanın neft obyektlərinə hücumlardan sonra Kremldən Kiyevə kritik mesaj - Baku TV

Rusiyanın neft obyektlərinə hücumlardan sonra Kremldən Kiyevə kritik mesaj - Baku TV

Dünya
16 oktyabr 2026 945 baxış
Moskvada qorxulu anlar | Rusiya-Ukrayna müharibəsində son vəziyyət - Baku TV CANLI

Moskvada qorxulu anlar | Rusiya-Ukrayna müharibəsində son vəziyyət - Baku TV CANLI

Dünya
16 oktyabr 2026 945 baxış
Marsda aparılan araşdırmalar zamanı daha bir mühüm nailiyyət əldə olunub

Marsda aparılan araşdırmalar zamanı daha bir mühüm nailiyyət əldə olunub

Dünya
16 oktyabr 2026 945 baxış
Seçilmişlər
icon