Mitinq zamanı Nikolas Maduroya silahlı şəxslər hücum etmək istədi
Venesuela Prezidenti Nikolas Maduro Karakasın mərkəzində keçirilən mitinqdə həyatına sui-qəsd cəhdinin qarşısının alındığını bildirib.
Bu barədə Prezident "Venezolana de Television" kanalının canlı efirində bildirib.
"Bu gün burada, Dieqo İbarra meydanında iki silahlı şəxs mənə sui-qəsd etməyə hazırlaşırdı. Saxlanılanlar ifrat sağçı, faşist "Vente Venesuela" Partiyasına mənsub olduqlarını etiraf ediblər", – N.Maduro vurğulayıb.
O, cinayətkarların Prezident tərəfdarlarının mitinqdən əvvəl Milli Seçki Şurasının binası yaxınlığında keçirilən yürüşü zamanı saxlanıldığını deyib.
Qeyd edək ki, Karakas hökumətinin başçısı Naum Fernandez daha əvvəl N.Maduroya sui-qəsd etmək üçün mitinqə partlayıcı qurğularla daxil olan üç nəfərin saxlanıldığını açıqlayıb.