Moldovada həyəcan təbili | Rusiya ilə münasibətlər daha da gərginləşdi
“Moldova hakimiyyətini neytral statusun açarı olan suverenlik və təhlükəsizliklə bağlı məsuliyyətsiz oyunları dayandırmağa çağırırıq”.
Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.
“Biz daim Moldova hakimiyyətinin diqqətini ona yönəltməyə çalışırıq ki, “kollektiv Qərb”in Rusiyaya qarşı açıq-aşkar qeyri-dost kursuna, o cümlədən Avropa Birliyinin qeyri-qanuni anti-Rusiya sanksiyalarına qoşulma, eləcə də tamamilə neonasist Kiyev rejimi ilə həmrəylik, ölkənin NATO-ya üzv dövlətlərin kontingentləri ilə birgə hərbi təlimləri, qüvvələrinin sayının artırılması – bütün bunlar Moldovanın Konstitusiyasındakı neytrallıq statusuna ziddir”, – M.Zaxarova bildirib.
Onun sözlərinə görə, yaranmış vəziyyətlə əlaqədar Moldovanın bütün sağlam siyasi qüvvələri sözün əsl mənasında həyəcan təbili çalır.