Moskvadakı terrora pul buraxan şəxsin etirafı | Mahaçqaladan silah aparırdım
Dağıstanda əməliyyat keçirilib, "Crocus" terrorunu maliyyələşdirən dəstənin üzvləri saxlanılıb.
Bu barədə məlumatı Rusiya Federal Təhlükəsizlik Xidməti yayıb.
Bildirilib ki, saxlanılanlar "Crocus"da terror aktını törədənlərin maliyyələşdirilməsində və onlara dəstək verilməsində iştirak ediblər.
Federal Təhlükəsizlik Xidməti saxlanılan qrup rəhbərinin üzünü göstərməsə də, onun etiraf videosunu yayımlayıb:
“Biz Kaspiysk şəhərində və dənizkənarı ərazidə də terror planlaşdırırdıq. “Qələbə” parkı da hədəf seçdiyimiz yerlərdən biri idi. İnsanların çox olacağı yerdə partlayış törətmək niyyətində idik.
Ələ keçəndə evimizdən axtarış tədbirləri nəticəsində bizə məxsus 2 “Kalaşnikov” və 460 güllə götürülüb. Mən şəxsən “Crocus City Hall” konsert zalına hücum edən oğlanları silahla təmin etdiyimi etiraf edirəm. Mahaçqaladan Mtişivoya onlar üçün silah aparırdım”.
Xatırladaq ki, martın 22-də Moskva vilayətinin Krasnoqorsk şəhərində “Crocus City Hall” konsert zalında terror aktı baş verib. Son məlumata görə, 144 nəfər ölüb, 551 nəfər yaralanıb. Bundan başqa, 95 nəfər itkin düşmüş və ya "hesaba qatılmamış" sayılır.