“Moskvanın altını üstünə çevirəcəyəm!” | Tramp Putinə niyə meydan oxudu?
Yeniliklərdən dərhal xəbərdar olun
CNN telekanalı ABŞ Prezidenti Donald Trampın 2024-cü ilə aid audioyazısını yayımlayıb.
Səsyazısı Trampın seçki kampaniyasının donorları ilə görüşü zamanı qeydə alınıb.
Sözügedən səsyazısını Rusiya saytları da tirajlayıb.
Ozamankı prezidentliyə namizəd Tramp Rusiya Prezidenti Vladimir Putinlə söhbətindən danışır və Moskva ilə Pekini bombalamaqla hədələdiyini söyləyir: "Mən Putinə dedim:
"Əgər Ukraynaya daxil olsan, Moskvanının altını üstünə çevirəcəyəm. Sənə deyirəm, mənə başqa seçim qoymursan". O, cavabında: "Sənə inanmıram, heç vaxt ola bilməz" dedi. Mən də söylədim: “Özü də necə olar”. Dedi: “Sənə inanmıram”. Amma həqiqət budur ki, o, mənə inanırdı, yaxşı, 10 faiz inanırdı. Axı sizə dedim ki, o, mənim sözlərimə 10 faiz inandı".
#Donald Tramp teqi istifadə olunub
- Trampdan İrana yeni zərbə mesajı
- Trampdan Kuba ilə bağlı açıqlama | ABŞ lideri nələr dedi? - Baku TV CANLI
- Tramp Kanadanı ABŞ-ni aldatmaqda ittiham etdi - Baku TV CANLI
- Tramp Ərdoğana TDT-nin Zirvə Görüşü ilə bağlı telefon zəngi edib - Baku TV
- ABŞ və Türkiyə liderləri nələri müzakirə etdi? | Vaşinqtondan Ankaraya telefon zəngi - Baku TV CANLI
