Pleyeri seçin:

Müxalif Prezident vəzifəsindən əl çəkmir | Gürcüstanda tarix təkrarlanacaq?

04 dekabr 2024 130 baxış

Gürcüstan Prezidenti Salome Zurabişvili səlahiyyət müddəti dekabrda başa çatsa da, vəzifəsindən getməyəcəyini bildirib.

Ölkə müxalifətinə faktiki liderliyi əlinə alan Zurabişvili iqtidardakı “Gürcü Arzusu” hökumətinə qarşı aksiyalara rəhbərlik edir. “Gürcü Arzusu” Partiyasının prezidentliyə öz namizədi var.

İqtidar partiyasının parlamentdəki üstünlüyü ona namizədini prezident seçdirməyə kömək edəcək. Hazırkı prezidentin bu davranışları isə elə öz dövlətinə qarşı təxribatdır.

Salome Zurabişvili yaxşı bilir ki, o, iqamətgahını tərk etməsə, hökumət onu oradan zorla çıxarmaq məcburiyyətində qalacaq. Xanım prezidentin belə etməkdə iki məqsədi var. Birincisi, Qərbdən gürcü hökumətinə qarşı yeni hücumlar üçün zəmin hazırlamaq. Belə olduğu zaman Zurabişviliyə qarşı təzyiqi bəhanə edən ABŞ və Avropa İttifaqı Gürcüstanı sanksiya yağışına tutacaq. İkinci bir məsələ isə daxildəki etirazı daha da gərginləşdirməkdir.

Hazırda aksiyada irəli sürülən tələblər Gürcüstanın Avropa İttifaqına üzvlük prosesi ilə bağlıdır. Müxalifət və Prezident Zurabişvili, həmçinin onların dəstəkçiləri nə qədər çalışsalar da, aksiyaların hökumət əlehinə qiyama çevrilməsinə nail ola bilmədilər. Kütlənin diqqətini başqa istiqamətə yönəltmək, Zurabişvilini müxalifətin liderinə çevirmək üçün bu cür təxribatlara ehtiyac duyulur.

Prosesin sonu hər halda bəllidir. “Gürcü Arzusu” səlahiyyətini başa vurmuş xanım prezidentə qarşı hüquqi addım atmağa məcbur olacaq. Görünən odur ki, xanım prezident eynilə ölkənin ilk prezidentinin taleyini yaşamaq istəyir. 1991-ci ilin aprelində keçirilən seçkilərdə gürcü xalqı səs çoxluğu ilə Zviad Qamsaxurdianı ölkə prezidenti seçmişdi. Ancaq onun yanlış siyasəti tərəfdarları ilə arasında uçurum yaratdı və keçmiş tərəfdarları ayağa qalxaraq onu hakimiyyətdən devirdilər. Tbilisidə silahlı toqquşmalar başladı və Qamsaxurdia ölkədən qaçdı.

Salome Zurabişvilini hakimiyyətə “Gürcü Arzusu” Partiyası gətirmişdi. O, məhz bu partiyanın namizədi olaraq keçmiş prezident Mixeil Saakaşvilinin dəstəklədiyi keçmiş xarici işlər naziri Qriqor Vaşadzeni məğlub etmişdi. Sonra Zurabişvilinin özünü ölkənin hakimi-mütləqi kimi aparmaq cəhdləri hökumətlə onun münasibətini kəskinləşdirib.

Belə görünür ki, indi Zurabişvilini də eynilə Qamsaxurdia kimi keçmiş tərəfdarları vəzifədən göndərəcəklər. Hərgah, onun istədiyi də elə budur. Gürcüstanı 90-cı illərin əvvələrinə qaytarmaq.

“Epşteyn işi” üzrə şok: 136 qadına 121 milyon dollar ödənilib

“Epşteyn işi” üzrə şok: 136 qadına 121 milyon dollar ödənilib

Dünya
11 mart 2026 130 baxış
İraqdan sensasiya yaradan savaş anonsu | "Bu hücumlar cavabsız qalmayacaq!" - Baku TV

İraqdan sensasiya yaradan savaş anonsu | "Bu hücumlar cavabsız qalmayacaq!" - Baku TV

Dünya
11 mart 2026 130 baxış
İran üçün ən gözlənilməz zərbəyə hazırlıq gedir? - "ABŞ buranı ələ keçirsə..." - Baku TV

İran üçün ən gözlənilməz zərbəyə hazırlıq gedir? - "ABŞ buranı ələ keçirsə..." - Baku TV

Dünya
11 mart 2026 130 baxış
“Onlar qatildən daha təhlükəlidirlər” | Japarov kimləri hədəfə aldı?

“Onlar qatildən daha təhlükəlidirlər” | Japarov kimləri hədəfə aldı?

Dünya
11 mart 2026 130 baxış
Ərdoğandan sərt mesajlar | "Onların ipini tutanları da..." - Baku TV

Ərdoğandan sərt mesajlar | "Onların ipini tutanları da..." - Baku TV

Dünya
11 mart 2026 130 baxış
Rəcəb Tayyib Ərdoğan bölgədə gözlənilən təhlükədən danışdı - Baku TV CANLI

Rəcəb Tayyib Ərdoğan bölgədə gözlənilən təhlükədən danışdı - Baku TV CANLI

Dünya
11 mart 2026 130 baxış
Müctəba Xamenei ilə bağlı təcili açıqlama

Müctəba Xamenei ilə bağlı təcili açıqlama

Dünya
11 mart 2026 130 baxış
“Rusiya yanacaqlarına qayıtmaq strateji səhv olardı” | Ursula fon der Leyen

“Rusiya yanacaqlarına qayıtmaq strateji səhv olardı” | Ursula fon der Leyen

Dünya
11 mart 2026 130 baxış
İranın ərazi bütövlüyü qorunmalıdır | Almaniyanın xarici işlər naziri 

İranın ərazi bütövlüyü qorunmalıdır | Almaniyanın xarici işlər naziri 

Dünya
11 mart 2026 130 baxış
Şimali Koreyadan İranın yeni liderinə gözlənilməz dəstək | ABŞ və İsrailə sərt reaksiya - Baku TV

Şimali Koreyadan İranın yeni liderinə gözlənilməz dəstək | ABŞ və İsrailə sərt reaksiya - Baku TV

Dünya
11 mart 2026 130 baxış
Seçilmişlər
icon