Pleyeri seçin:

Müzakirələrin Floridada keçirilən növbəti raundu

22 dekabr 2025 414 baxış

Birləşmiş Ştatlar Ukrayna nümayəndə heyətinin Amerikanın Florida ştatında Vaşinqton və Avropa nümayəndələri ilə keçirdiyi danışıqları məhsuldar və konstruktiv hesab edir.

Bu barədə ABŞ Prezidentinin xüsusi elçisi Stiv Uitkoff "X" sosial şəbəkəsində bildirib.

"Son üç gün ərzində Ukrayna nümayəndə heyəti amerikalı və avropalı tərəfdaşlarla bir sıra məhsuldar və konstruktiv danışıqlar aparıb", – deyə o yazıb.

S.Uitkoff qeyd edib ki, ABŞ tərəfdən danışıqlarda onunla birlikdə Amerika liderinin kürəkəni Cared Kuşner də iştirak edib. Ukrayna nümayəndə heyətini isə Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rustəm Umerov və Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Andrey Qnatov təmsil edib.

Danışıqlarda həmçinin Avropa ölkələrindən milli təhlükəsizlik üzrə müşavirlər də iştirak ediblər. Bu da Ukrayna, ABŞ və Avropanın strateji yanaşma üzrə mövqelərinin uzlaşdırılması məqsədi daşıyır.

Xatırladaq ki, ABŞ və Ukrayna nümayəndələri arasında danışıqların ilk raundu dekabrın 14-də Berlində keçirilib və təxminən beş saat davam edib. Tərəflər 15 dekabrda danışıqları davam etdiriblər, görüş isə təxminən iki saat çəkib. ABŞ nümayəndə heyətində Uitkoff və Kuşner, Ukrayna tərəfində isə Umerov, Qnatov və Volodimir Zelenski iştirak ediblər.

Bu arada, Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rustəm Umerov ABŞ nümayəndələri ilə yeni danışıqlar raundunun başladığını bildirib. Danışıqlar Amerikanın Mayami şəhərində keçirilir.

Banner
Marko Rubio İranın hazırkı tələblərini "qeyri-ciddi" adlandırdı - Baku TV CANLI

Marko Rubio İranın hazırkı tələblərini "qeyri-ciddi" adlandırdı - Baku TV CANLI

Dünya
10 noyabr 2026 414 baxış
Konkret plan hazırlanıb?

Konkret plan hazırlanıb?

Dünya
10 noyabr 2026 414 baxış
Zelenski Vaşinqtonun və Avropanın mövqeyi ilə bağlı şübhələrini açıqladı - Baku TV CANLI

Zelenski Vaşinqtonun və Avropanın mövqeyi ilə bağlı şübhələrini açıqladı - Baku TV CANLI

Dünya
10 noyabr 2026 414 baxış
Əbu-Dabidəki danışıqlar müharibənin taleyini dəyişə bilərmi? - Baku TV

Əbu-Dabidəki danışıqlar müharibənin taleyini dəyişə bilərmi? - Baku TV

Dünya
10 noyabr 2026 414 baxış
Hökumət dəyişsə, müharibə siyasəti də dəyişəcəkmi? - AKTUAL GÜNDƏM

Hökumət dəyişsə, müharibə siyasəti də dəyişəcəkmi? - AKTUAL GÜNDƏM

Dünya
10 noyabr 2026 414 baxış
Rusiyalı rəsmilər İsrailə niyə gedib?

Rusiyalı rəsmilər İsrailə niyə gedib?

Dünya
10 noyabr 2026 414 baxış
Rusiya raketlərinin izi ilə: Ukrayna kosmosdan nəzarəti necə təmin edəcək? - Baku TV CANLI

Rusiya raketlərinin izi ilə: Ukrayna kosmosdan nəzarəti necə təmin edəcək? - Baku TV CANLI

Dünya
10 noyabr 2026 414 baxış
Netanyahu yeni hökumətə rəhbərlik etmək istəyir

Netanyahu yeni hökumətə rəhbərlik etmək istəyir

Dünya
10 noyabr 2026 414 baxış
“Şəhərin mərkəzində belə şey olar?!” | Çirkab suları sakinləri təngə gətirdi - Baku TV

“Şəhərin mərkəzində belə şey olar?!” | Çirkab suları sakinləri təngə gətirdi - Baku TV

Dünya
10 noyabr 2026 414 baxış
“Mübarizə qızışacaq” | Toqquşan maraqlar: 7 saatlıq görüşün pərdəarxası məqamları - Baku TV

“Mübarizə qızışacaq” | Toqquşan maraqlar: 7 saatlıq görüşün pərdəarxası məqamları - Baku TV

Dünya
10 noyabr 2026 414 baxış
Seçilmişlər
icon