NASA astronavtı hər şeyi etiraf etdi | Onlar yadplanetli idi, yoxsa...?
Son illərdə ABŞ-də Uçan Naməlum Obyektlərlə bağlı iddialara yenisi əlavə edilib.
NASA astronavtı Leroy Çiao Texas üzərində uçarkən iki metal kürə formalı UNO gördüyünü açıqlayıb.
2004-2005-ci illərdə Beynəlxalq Kosmik Stansiyada 10-cu ekspedisiyanın komandiri vəzifəsini yerinə yetirən Leroy Çiao bu obyektlərin 9 min fut yüksəklikdə uçarkən onun təyyarəsinin sol tərəfindən keçdiyini bildirib.
O, obyektlərdən birinin digərinin üstündə uçduğunu və hər birinin diametrinin təxminən 90 sm olduğunu söyləyib.
“Az qala qəzaya uğrayacaqdılar, amma xoşbəxtlikdən heç nə olmadı. Onlar qəzaya uğrasaydı, nəticə pis ola bilərdi. Hadisə o qədər tez baş verdi ki, qorxmağa belə imkanım olmadı”, – Leroy Çiao müsahibəsində belə deyib.
Keçmiş astronavt eyni zamanda bunların ABŞ-nin gizli hərbi texnologiyası ola biləcəyini də ehtimal edir.
#ABŞ teqi istifadə olunub
- Kuba ABŞ-ni BMT-dəki səsverməyə müdaxilə etməkdə ittiham edib
- SEPAH-dan kritik bəyanat | ABŞ-nin regional bazaları da hədəf olacaq? - Baku TV CANLI
- Ukraynanın taleyi Sankt-Peterburqda müzakirə olunur
- Ukraynanın taleyi Sankt-Peterburqda müzakirə olunur - Baku TV
- Pezeşkian Vaşinqtona nə dedi? | Yaxın Şərqdə vəziyyət gərginləşir - Baku TV CANLI
