Dünya
Pleyeri seçin:
NATO Baş katibliyinə yeni namizəd | 32 ölkə arasında razılıq
NATO-nun bütün 32 ölkəsi Niderlandın Baş naziri Mark Ruttenin alyansın baş katibi vəzifəsinə namizədliyi ilə razılaşıb.
Bu barədə ABŞ-nin “Politico” nəşri məlumat yayıb.
Məlumata görə, yeni baş katibin rəsmi təsdiqi alyansın iyulda Vaşinqtonda keçiriləcək sammitində olacaq. M.Rutte 2024-cü il oktyabrın 2-dən bu vəzifədə norveçli Yens Stoltenberqi əvəzləyəcək.
NATO baş katibi üzv ölkələrin konsensusu əsasında təyin edilir. Baş katibin səlahiyyət müddəti 5 ildir.
Qeyd edək ki, Niderland mediası da M.Ruttenin seçiləcəyini, yeganə rəqibi Rumıniya Prezidenti Klaus Yohannesin namizədliyini geri çəkəcəyini yazmışdı.
Kopyalandı
Seçilmişlər