Navalnı kiminlə dəyişdiriləcəkdi? - Putindən Navalnının ölümü barədə açıqlama
Rusiya Prezidenti Vladimir Putin müxalifət lideri Aleksey Navalnının ölümünə münasibət bildirib.
Putin bu barədə özünün Seçki Qərargahında NBC jurnalistinin sualını cavablandırarkən deyib.
“Cənab Navalnıya gəlincə, bəli, dünyasını dəyişib. Bu, həmişə kədərli bir hadisədir. İnsanların dünyasını dəyişdiyi başqa hallarımız da olub. Bu məgər ABŞ-də baş verməyib? Navalnını Qərb ölkələrində olanlarla dəyişmək ideyası var idi. Razılaşdım, onu dəyişmək istədik ki, geri qayıtmasın, amma bu oldu, həyat belədir”, – Putin bildirib.
Qeyd edək ki, müxalifət lideri Aleksey Navalnının Almaniyada həbsdə olan rusiyalı agent Vadim Krasikovla dəyişdirilməsi ilə bağlı Moskva, Berlin və Vaşinqton arasında danışıqlar aparılmışdı. Hətta rusiyalı siyasətçinin gözlənilən mübadilədən xəbərdar olduğu və bununla razılaşdığı da bildirilirdi.
#Vladimir Putin teqi istifadə olunub
- Sülh yolunda əsas maneə: Ukraynanın təhlükəsizliyinə kim zəmanət verəcək? - Baku TV CANLI
- Rusiya lideri Avropa rəsmilərinin Moskva ilə müharibə təhlükəsi haqqında açıqlamalarını sərt tənqid edib
- Putin Avropanın müharibə xəbərdarlıqlarına nə cavab verdi? - Baku TV CANLI
- Tramp Putinlə Stiv Uitkoffun görüşünə münasibət bildirib
- Sankt-Peterburqda Stiv Uitkoff və Putin arasında nələr müzakirə olundu? - Baku TV CANLI
