Netanyahu raket hücumuna qarşı bu addımı atdı | İsraildə nə baş verəcək?
İsrailin Baş naziri Benyamin Netanyahu kiçik oğlu Avnerin noyabrın sonuna planlaşdırılan toyunu daha sonrakı tarixə keçirmək istəyir.
Bu barədə İsrail mediası məlumat yayıb.
Məlumata görə, bu, təhlükəsizlik təhdidləri, o cümlədən dron hücumu riski ilə bağlıdır.
Baş nazirin oğlu 2 ildir birlikdə olduğu sevgilisi Amit Yardeni ilə evlənməyə hazırlaşır. Toy noyabrın 26-da baş tutmalı idi. Lakin Baş nazir indi qonaqları hədsiz riskə məruz qoymamaq üçün məclisin təxirə salınmasının tərəfdarıdır.
Qeyd olunur ki, Netanyahu uzun məzuniyyətdən sonra bu həftə yeni işə başlayan parlamentin iclaslarının təhlükəsizlik səbəbindən başqa otağa köçürülməsi zərurətini də gündəmə gətirib. Bu yaxınlarda İsrail Baş nazirinin iqamətgahı dron hücumuna məruz qalıb. PUA onun yataq otağının pəncərəsini qırıb.